• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ərdoğandan Fransua Ollanda sərt cavab

Ərdoğandan Fransua Ollanda sərt cavab
30.01.2015 09:41
"Erməni diasporası sakit durmur. Onlar yenə aranı qarışdırmağa, saxtakarlığa davam edərək, sanki mübahisədən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib.

"Belə bir şeyi qəbul etməyimiz mümkün deyil. Kimlərinsə sifarişi ilə biz "erməni soyqırımı”nı qəbul etməyə məcbur deyilik. Biz  yenə bildiririk: bu mövzuda əgər səmimisinizsə gəlin bunları tarixçilərə buraxaq. Qoy tarixçilər bu mövzu ətrafında çalışsınlar. Bir milyondan çox sәnәd çıxarmışıq ortaya. Araşdırılsın, günahımız varsa, lazımi addımı atmağa hazırıq. Amma Ermәnistan bunu istәmir. Yalnız bәyanat şәklindә "Türkiyә günahkardır" deyir. Bunu qәbul etmәk olmaz”, deyə Türkiyə prezidenti qeyd edib.

Türkiyə prezidenti ermənilərin "soyqırım" məsələsində lobbiçilik fəaliyyətinə böyük vəsaitlər xərclədiyini bildirərək, Türkiyənin bu mövzu ətrafında vəsait xərcləmək niyyətinin olmadığını qeyd edib: "Onlar heç bir əlaqəsi olmayan, bölgədən uzaq ölkələrin parlamentlərində müxtəlif yollarla bir-iki adamı ələ keçirib qərarlar qəbul etdirirlər. Sonra isə "filan ölkə bunu dəstəkləyir” deyə bəyanatlar verirlər. Amma o qərara səs verənlər xəritədə heç Ermənistanın yerini bilmir.  Qərar qəbul edənlər Ermənistanı heç tanımır".

Qeyd edək ki, Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsinin illik yekunları ilə bağlı bir neçə gün əvvəl təşkil edilmiş şam yeməyində çıxış edən Fransua Olland bildirib ki, illərdi gərgin olan Türkiyə və Ermənistan münasibətlərində yeni başlanğıc üçün hər iki xalq tabuları yıxmalıdır.

"Həqiqətin üzə çıxması üçün araşdırmalar davam etdirilməlidir” - deyə   prezident bildirib. Olland "soyqırım”ın 100 illiyi ilə bağlı Türkiyə hökumətindən "etiraf jesti” gözlədiyini bildirib. O, həmçinin aprelin 24-də 1915-ci il hadisələrinin anım mərasimi üçün İrəvana  gedəcəyini açıqlayıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Dünya 16:13
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Maqnit qasırğası gözlənilir
Dünya 10:00
Maqnit qasırğası gözlənilir
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol