Edin Dzeko "Qalatasaray"a, yoxsa "Fənərbaxça"ya
Edin Dzekonun meneceri, transfer planları ilə əlaqədar fikirlərini şərh edib.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl verilən xəbərlərdə yazılırdı kii, "Fənərbaxça" klubunun prezidenti Əziz İldırımın Edin Dzeko ilə maraqlanır, hətta oyunçu haqqında Elvir Boliçdən məlumat alıb. İngilis mətbuatı isə Dzekonun qətiyyətlə "Manchester City"dən ayrılmayacağını yazmışdı.
Mövzuyla əlaqədar Dzekonun meneceri Radzepagic bildirib ki, "Türkiyədə Dzeko haqqında hər gün bir çox xəbər çıxdığını bilirəm, amma bu vaxta qədər "Fənərbaxça" ilə danışıqlar aparamamışıq".
"Qalatasaray"ın etirafı
Roberto Mançininin dövründə 28 yaşındakı oyunçunun "Qalatasaray"la görüşdüklərini açıqlayan menecer bildirib ki, "Oyunçu ilə danışıqlar aparılıb, amma hər hansı təklif edilməyib. "Fənərbaxça" isə bu vaxta qədər bu məsələdə heç bir addım atmayıb".
"Manchester City"də Vilfred Boninin transferindən sonra İngiltərədə Edin Dzeko'nun komandadakı gələcək taleyi müzakirə mövzusuna çevrilib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər