Yanukoviç Ukraynanın prezidenti adından məhrum edildi
Ukraynanın Ali Radası Viktor Yanukoviçi Ukrayna prezidenti fəxri adından məhrum edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu qərarı 281 deputat dəstəkləyib. Qərarın qəbul olunması üçün minimum 226 səs tələb olunub.
Deputatların fikrincə, Yanukoviç üzərinə düşən öhdəliklərini yerinə yetirmir və konstitusiya səlahiyyətlərini yerinə yetirməkdən özünü uzaqlaşdırıb.
Sənədin izahatında deyilir ki, eks-prezident "hakimiyyəti qəsb edib və Ukraynanın milli təhlükəsizlik və müdafiə əsaslarını sarsıdıb”.
Qeyd edək ki, Yanukoviç 2010-cu ilin fevralın 25-də Ukraynanın prezidenti seçilmişdi. 2014-cü ilin fevralın 22-də Ukraynada dövlət çevrilişi baş verib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər