• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Bakıda dilənçilər gündə 150 manat qazanırlar

Bakıda dilənçilər gündə 150 manat qazanırlar
05.02.2015 15:19
Sovet vaxtı dilənçiliyə görə cinayət məsuliyyəti nəzərdə tutulurdu, lakin bu təcrübə artıq keçmişdə qalıb. Bugünkü reallıqda dilənçilik kifayət qədər böyük pullar gətirən bir biznesdir.

Oxu.Az xəbər verir ki, bunu Exo-ya hüquq elmləri doktoru, professor Kamil Səlimov Azərbaycanda dilənçiliyə görə cinayət məsuliyyətinin tətbiqinin mümkünlüyünü şərh edərək bildirib.

Onun sözlərinə görə,o, biznesinin bu növünün cinayətkarlara kifayət qədər böyük pullar gətirməsinə baxmayaraq, cinayət məsuliyyətinin tətbiqinin əleyhinədir.

"Rusiyada insanlar bu şəkildə gündə 300 dollara yaxın pul qazanırlar. Azərbaycanda isə dilənçilərin gündəlik gəliri 100-150 manata yaxın olur. Belə adamlar daha çox "peşəkar cinayətkar qrupları” xatırladırlar, çünki tək işləmirlər və cinayət yolu ilə pul qazanırlar.

Mən cinayət məsuliyyətinin tətbiqinin tərəfdarı deyiləm, həbsxana ən son mübarizə həddi olmalıdır, lakin dilənçiliklə mübarizə aparmaq lazımdır. Daha effektli nəzarət tələb olunur. Sirr deyil ki, fəaliyyətin bu növü tənbəllik və işsizliyin yayılmasına gətirib çıxarır”.

Avropa Oyunları ərəfəsində şəhəri təkcə küçə zibillərindən deyil, həm də dilənçilərdən təmizləmək, Bakını səliqəyə salmaq lazımdır, - deyə, Kamil Səlimov hesab edir.

"Dövlət Statistika Komitəsi və Ailə, Qadın, Uşaqların İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda 700-ə yaxın dilənçi uşaq var”, - deyə, Uşaq hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov deyir.
Onun sözlərinə görə, bu, yalnız rəsmi statistikadır və qeyri-rəsmi məlumatlara görə dilənçi uşaqların sayı xeyli çoxdur.

Qeyd edək ki, hazırda Norveç hökuməti dilənçiliyə görə (harasa getmək üçün yolpulu, geyim, yemək istəyən istənilən şəxsi) 12 ayadək həbs cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsi işləyir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol