• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Xalq artistinə həsr olunan musiqi albomu nəşr edildi

Xalq artistinə həsr olunan musiqi albomu nəşr edildi
05.02.2015 23:42
Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.

Kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Yüksək poliqrafik səviyyədə hazırlanmış albom Əlibaba Məmmədovun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.

Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin gözəl nümunəsi olan yaradıcılıq yolunu əks etdirir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol