Prezident yerə yıxıldı - FOTO
90 yaşlı Zimbabve prezidenti Robert Muqabe çıxış etdikdən sonra gözlənilmədən yıxılıb
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, prezident Muqabe Efiyopiyadakı Afrika Birliyi zirvə toplantısında çıxış edib. Çıxışı bitdikdən sonra kürsüdən ayrılan prezident gözlənilmədən pilləkənlərdən düşərkən yerə çırpılıb. Mühafizəçilərinin və yaxında dayanan şəxslərin yardımı ilə prezident qaldırılıb və öz avtomobilinə mindirilərək toplantı zalından uzaqlaşdırılıb.
Qeyd edək ki prezident fevralın 21-də 91 yaşını qeyd edəcək. O, 1987-ci ildən ölkə rəhbərliyindədir.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər