• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Sarkisyanla bağlı ŞOK İDDİA

Sarkisyanla bağlı ŞOK İDDİA
06.02.2015 19:18
"Ermənistan prezidenti qanunsuz silah satışı aparır”.


ANN.Az APA-ya istinadən xəbər verir ki, bu bəyanatla Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuns çıxış edib.

A. Sakuns Ermənistan rəhbərliyi tərəfindən Gürcüstana silah satışının həyata keçirildiyini açıqlayıb. O bildirib ki, qanunsuz silah satışında bir nəfər günahkar tanınıb – Vanik Manukyan. Onun məhkəmə iclası da qapalı və sürətlə keçirilib. Vəzifəli şəxslər barədə təqiblərin həyata keçirilmədiyini bildirən A. Sakuns onların öz vəzifələrində qaldıqlarını vurğulayıb.

O bu prosesdə Ermənistan Daxili Qoşunlarının keçmiş komandanı Qareqin Qabrielyanın, Ermənistan Polisinin rəis müavini Ovanes Unanyanın, müdafiə nazirinin müavini Alik Mirzəbekyanın, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Departamentinin Texniki Silahlanma İdarəsinin rəisi Serob Abramyanın iştirak etdiklərini bildirib.

"Onlar bu silahları Gürcüstana satıb böyük gəlir əldə etdilər. Bir nəfər Ermənistandan o qədər silahı çıxarmağı necə bacardı? Bu işdə iştirak edən müdafiə nazirinin müavini Alik Mirzəbekyan məsuliyyətə cəlb edilmədi, əksinə yeni vəzifə aldı. İndi o, Baş Qərargahın rəis müavinidir”, - deyə Sakuns vurğulayıb.

Hüquq müdafiəçisi bütün bunların Ermənistan prezidenti Serj Sarkisyana bağlı olduğunu deyib. O qeyd edib ki, korrupsiya cinayət işləri üzrə cəlb edilmiş insanlar öz vəzifələrində qalırlar, vəziyyət bu qaydada da davam edəcək:

"Nizamnamə münasibətlərinin pozulmasının səbəbi bundan ibarətdir. Korrupsiyanın xaç atası – Ali Baş komandan onları himayə edir. Bizi isə vətən xaini adlandırırlar. İndii vətən xaini kimdir? Kim qonşu ölkələrə silah satışını reallaşdırır? Biz bilmirik, məhz bu silahlar Gürcüstandan hara gedəcək - Azərbaycana, yoxsa Türkiyəyə...”

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol