• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Olimpiya çempionumuzla bağlı ittihamlara cavab

Olimpiya çempionumuzla bağlı ittihamlara cavab
08.02.2015 09:59
Güləşçi döyüşə çıxmamasının səbəblərindən danışdı.  "Qafqazinfo”nun məlumatına görə, 2012-ci il Olimpiya çempionu, sərbəst güləşçimiz Toğrul Əsgərov Parisdə xalı üzərinə çıxmaqdan imtina etməsinin səbəbləri barədə oxu.az-a danışıb.


Xatırladaq ki, bu günlərdə yığmanın baş məşqçisi Firdovsi Umudov Əsgərovu olmayan zədəsinə istinad edərək, Parisdə keçirilən Qran-pridə xalı üzərinə çıxmaqdan imtina emtəldə günahlandırmışdı.


Toğrul həmin yarışda 70 kq-dək döyüşdə kanadalı Ayslan Qarsiyaya qalib gəlsə də, sonra dörddəbir finalda Polşa təmsilçisi Maqomedmurad Hacıyevə uduzmuşdu. Bundan sonra idmançımız digər azərbaycanlı güləşçi Ruslan Dibirhacıyevə qarşı təskinlikverici görüşə çıxmaqdan imtina etmişdi. Nəticədə Ruslan həmin yarışda bürünc medal qazanmışdı.


"Məlum olduğu kimi, mən ötən il dizimdən zədə aldım və əməliyyat olundum, - deyə, olimpiya çempionu izah edir. – Mən uzun müddət bərpa olundum. Fransada turnirdən bir neçə gün əvvəl yenidən zədə aldım, lakin buna əhəmiyyət vermədim, çünki Qran-pridə iştirak etmək istəyirdim.


İlk yarışda 6:0 hesabı ilə inamlı qələbə qazandım. Lakin ikinci döyüş zamanı əməliyyat olunmuş dizimdə kəskin ağrı hiss etdim. O zaman yığmanın məşqçisi məni müayinə etdi və tibbi yardım göstərdi, lakin buna baxmayaraq, çıxışımı davam etdirə bilmədim.


Qeyd edim ki, bu, mənim əməliyyatdan sonra ilk turnirim idi.


Zədənin ağırlaşacağından ehtiyat edərək, mübarizəni davam etdirmək istəmədim. İndi həkim nəzarətindəyəm və yüngül məşqlər keçirirəm. Allah qoysa, tam bərpa olunandan sonra növbəti turnirlərdə tam gücümlə mübarizə aparacağam.


Mən bir azərbaycanlı kimi gələcək də dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nəticələrə nail olmaq istəyirəm. Mən ölkəmizin prezidenti İlham Əliyevin etibarını doğrultmaq və Azərbaycan bayrağını qaldırmaq istəyirəm.


Dövlət və Federasiya bizim hazırlığımız üçün bütün zəruri şəraiti yaradıblar. Bakıda Avropa Oyunlarında, sonra isə sentyabrda lisenziya təqdim edən Dünya çempionatında uğurla çıxış etmək, bundan sonra isə 2016-cı ilin Rio-de-Janeyroda Yay Olimpiya oyunlarında öz uğurumu təkrarlamaq istəyirəm”.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol