Prezidentin səs yazısı yayıldı: "Onlarda pul sel kimidir"
![Prezidentin səs yazısı yayıldı: Prezidentin səs yazısı yayıldı:](https://anews.az/photo/850x500/2015-02/1423463173_9-1.jpg)
Misirin dövlət başçısı Sisinin prezidentiliyə namizəd olmazdan əvvəl yaxın adamları ilə keçirdiyi toplantıdakı çıxışının səsyazısı ortaya çıxıb. "Körfəz ölkələrində pul sel kimidir" - deyən Sisi səsyazısında ona dəstək verən hər bir Körfəz ölkələrindən istənilən pulun miqdarını açıqlayır.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 2014-cü ilin fevral ayında Misir prezidenti Abdulfəttah Sisinin katibi Abbas Kamil və hərbi general Mahmud Hicazi ilə keçirdiyi toplantının səs yazısı ortaya çıxıb.
Misir müxalifətinə yaxın və İstanbuldan yayımlanan "Mükemmilin" televiziyasının efirinə verilən həmin səs yazısında Sisi özünə dəstək üçün Körfəz ölkələri ilə qurulacaq əlaqələrdən danışır, öz münasibətini bildirir: "Korfəz ölkələri 1990-ci ildə olduğu kimi qalıblar, Suriya rejiminə necə yardım etmişdilərsə, biz də o prinsiplə onlardan yardım istəməliyik: "Al və ver".
Daha sonra Sisi "Körfəz ölkələrində pul sel kimidir"- deyərək qonşu ölkələrdən istəniləcək pulun miqdarını sadalayır: "Körfəz ölkələri liderləri dövlət büdcələrində nəhəng pullara sahibdirlər... 10 milyard dollar istəyirik. Bir 10 milyard dollar Birləşmiş Ərəb Əmirliklərindən, bir 10 milyard da Küveytdən. ordunun hesabına keçəcək daha 10 milyard dollara da ehtiyacımız var. Pullar Mərkəzi Banka girəcək və 2014-cü ilin hesabı qapadılmış olacaq".
Sisinin bu sözlrindən sonra Abbas Kamil gülür. Sisi onun gülüşünə cavab olaraq "Əmi, nəyə gülürsən, pul onlarda sel kimidir" - deyir. Görüşdə Sisinin xüsusi katibi Abbas "Sadəcə Qətər Mərkəzi Bankının reservi 900 milyard dollardır" - deyir və Qətər əmiri ilə bağlı qeyri-etik ifadələr işlədir.
Daha sonra pullarn necə transfer ediləcəyi müzakirə olunur
Sisi Abbas Kamildən Səudiyyə Ərəbistanının keçmiş kraliyyət divanının rəhbəri Xalid Tuveyciri ilə görüşməsini istəyir: "Ona de ki, biz ordu hesabına 10 milyard dollar istəyirik. Hər ölkədən də 10 milyard dollar istəyəcəyik. Allah pona kömək olsun, onun hətta ABŞ-da da pulları var".
Daha sonra dialoq belə davam edir:
ABBAS: Elədir ki, var. Amma bu pullar hesaba necə keçəcək? Bu bir az çətin məsələdir. İşlər bizim nəzərdə tutduğumuz kimi davam edərsə, hansısa problemin olacağını düşünmürəm. Hissə-hissə göndərilərsə, bir problem çıxmaz və biz də rahat olarıq.
SİSİ: Yeni hesab açmağa ehtiyac görmürəm. Bizim oralarda ofislərimiz var.
ABBAS: Əlbəttə, birbaşa hesaba köçürülər.
SİSİ: Bax, amerikalılar orada necə oynayırlar.
Səsyazısının necə əldə edildiyi açıqlanmır. Bu səsyazısını ilk dəfə yayımlayan "Mükemmilin" televiziyasının artıq Misir ərazisində translasiyası dayandırılıb, yalnız internet vasitəsilə kanala baxmaq mümkün olur.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər