• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Putin Ukrayna böhranı barədə susqunluğunu pozdu

Putin Ukrayna böhranı barədə susqunluğunu pozdu
09.02.2015 13:38
Vladimir Putin "Əl-Əhram" qəzetinə müsahibəsində bildirib ki, Ukrayna böhranı ABŞ və onun müttəfiqlərinin fəaliyyətinin nəticəsidir.

"Ukrayna böhranı Rusiyanın günahı ucabatından meydana çıxmayıb. O, ABŞ və onun Qərb müttəfiqlərinin özlərini soyuq müharibənin” "qalibi” hiss edərək hər yerdə öz iradələrini sırımaq cəhdlərinin nəticəsidir”, deyə o bildirib.

"Biz gördük ki, NATO infrastrukturu Rusiya sərhədlərinə get-gedə daha çox yaxınlaşır və Rusiyanın maraqları nəzərə alınmır,” prezident deyib.

"Biz ABŞ və onun Qərb müttəfiqlərini Ukraynanın daxili işlərinə qarışmağın fəlakətlə nəticələnəcəyi barədə dəfələrlə xəbərdar etmişdik, amma bizim fikrimizi dinləmədilər”, Putin deyib.

Atəşi dayandırmaq şərti

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində vəziyyətin sahmana salınması üçün bu ölkə halimiyyəti tərəfindən seçilmiş yolu çıxmaza aparan və fəlakətlə nəticələnə bilən adlandırıb.

Misirin "Əl-Əhram” qəzetinə Rusiya prezidenti Vladimir Putin müsahibə verərək deyib ki, Ukraynada böhranın nizamlanması sülh yolu ilə, "xeyli dərəcədə Rusiyanın səyləri nəticəsində əldə olunmuş” Minsk razılaşması əsasında sülh yolu ilə həyata keçirilməlidir.

Bununla yanaşı, perzident Putin düşünür ki, sabitləşmənin əsas şərti Ukrayna qüvvələrinin atəşi dayandırmasıdır.

"Vəziyyətin sabitləşdirilməsi üçün ən əsas şərt atəşin kəsilıməsi, sözdə antiterror, mahiyyətcə isə cəza xarakteri daşıyan əməliyyatın dərhal dayandırılmasıdır,” deyə o bildirib.

Putinin sözlərinə görə Kiyevin Donbassa iqtisadi təzyiq etmək cəhdləri vəziyyəti mürəkkəbləşdirir. "Bu yol böyük fəlakətlə nəticələnəcək çıxılmaz vəziyyətə aparır.”

Putin qeyd edib ki, böhran "ukraynalılar öz aralarında razılığa gələnədək, radikalizm və millətçiliyin hökmranlığına son qoyulana qədər davam edəcək.”

"Kiyevdəki hakimiyyətin öz xalqını eşitməsi, ölkənin bütün siyasi qüvvələri və regionları ilə razılığa gəlməsi vacibdir. Elə bir konstitusiya quruluşu işlənib hazırlanmalıdır ki, bütün vətəndaşlar təhlükəsiz və rahat yaşaya bilsinlər və insan hüquqlarına tam əməl olunsun,” deyə Putin bildirib.

BBC Azeri
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Kosmosda İŞİD təhlükəsi
Dünya 10:47
Kosmosda İŞİD təhlükəsi
WhatsApp istifadəçilərinə müjdə
Dünya 10:09
WhatsApp istifadəçilərinə müjdə
Kral 5 əsrdən sonra dəfn olundu
Dünya 09:51
Kral 5 əsrdən sonra dəfn olundu
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Dünya 09:42
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Dünya 09:29
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Prezidentin səs yazısı yayıldı:
Dünya 08:58
Prezidentin səs yazısı yayıldı: "Onlarda pul sel kimidir"
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Dünya 06:38
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol