10 il sonra Putin Misirdə
Rusiya prezidenti Vladimir Putinin Misirə rəsmi səfəri başlayıb.
ANN.Az xəbər verir ki, V.Putini Qahirə Beynəlxalq Hava Limanında Misir dövlət başçısı Abdulfəttah əs-Sisi qarşılayıb.
Rusiya və eləcə də Misir mətbuatında yer alan xəbərə görə, Putinin Misirdəki təmaslarında "Suriya və Liviya böhranı, Fələstin-İsrail problemi, terrorla mübarizə, təbii qaz, nüvə işbirliyi, texniki hərbi və maliyyə məsələləri yer alacaq".
Qeyd edək ki, sonuncu dəfə Putin Misirdə 2005-ci ildə rəsmi səfərdə olub.
Misir prezidenti A.Sisi 2014-cü ildə Rusiyaya rəsmi səfər edib və bu zaman 3 milyard dollardan çox silah müqaviləsinin imzalandığı bildirilmişdir.
A.Sisi mediaya açıqlamasında Misir və ABŞ əlaqələrinin strateji və önəmli olduğunu vurğulayıb: "Misir hər kəslə bərabər məsafədə durmağa çalışır. Rusiya və Misir əlaqələri yeni deyil və bu ABŞ, ya da digər ölkələrlə olan əlaqələrə təsir göstərə bilməz".
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər