Berlində 7 saatlıq "Ukrayna" toplantısı
Ukrayna böhranının həll yolunun axtarılması məqsədilə sabah gerçəkləşəcək Minsk zirvəsindən öncə Berlində 7 saatlıq toplantı keçirilib. Toplantıya Ukrayna, Fransa və Almaniya xarici işlər nazirinin yardımçıları qatılıblar.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, sabah Minskdə Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək. Bu gün keçilən görüş zirvədə müzakirəsi gözlənilən məsələlərin və liderlərin imzalanılacağı ehtimal olunan sülh müqaviləsinə hazırlıq məqsədi daşıyır.
Ukraynanın Berlindəki səfiri Andrey Melnik görüşün bitməsindən sonra özünün "Twitter" hesabından nəticələrin ürəkaçan olduğunu bəyan edib.
Minsk Zirvəsinə yönəlik digər önəmli hazırlıq toplantısı Minskdə keçiriləcək. Rusiya, Ukrayna və ATƏT-in Ukrayna təmsilçiliyi, eləcə də Donetsk və Luqansk nümayəndələri bir araya gələcək.
Rusiya prezidenti Vladimir Putin, Ukrayna dövlət başçısı Pyotr Poroşenko, Almaniya baş naziri Angela Merkel və Fransa prezidenti Fransua Olland ötən bazar günü 11 fevralda Minskdə toplanış qərarına gəliblər.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər