• $
  • £

Ərdoğan: "Ermənistana əl uzadan biz olmuşuq"

Ərdoğan:
29.05.2020 02:49
Rəcəb Tayyib Ərdoğan Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı Ermənistan rəhbərliyinə göndərdikləri dəvətə verilən cavabı nəzakətsizlik adlandırıb.

Kolumbiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boqota Externado Universiteti və Ankara Universiteti tərəfindən təşkil edilən "1915: Osmanlı İmperiyasının ən uzun ili” adlı simpoziumda çıxış edib.

R. T. Ərdoğan çıxışında bildirib ki, bu gün dünya siyasətini düzgün izah edə bilmək üçün 1-ci Dünya müharibəsini yaxşı təhlil etmək lazımdır: "İkinci Dünya müharibəsi bəlkə insanlıq tarixinin ən  qanlı savaşlarındandır, lakin dünya siyasətinə təsir baxımından Birinci Dünya müharibəsinin gerisindədir. Bu gün bir çox ölkənin sərhədləri 1-ci Dünya müharibəsindən sonra müəyyənləşib. Fələstin məsələsi, İraq, Suriya, Yəmən, Qafqaz və Balkanlardakı problemlər 1-ci Dünya Müharibəsinin nəticəsində ortaya çıxmış və 100 ildir davam edən problemlərdir. Türkiyə, yəni 100 il əvvəlki adı ilə Osmanlı dövləti, 1-ci Dünya müharibəsinin mərkəzindəki ölkələrdən biriydi. Qafqaz və Balkanlar 100 il öncə Osmanlının təsiri altındakı coğrafiya idi”.

Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin cənub və qərb hissəsinin işğal altına düşdüyünü vurğulayan R. T. Ərdoğan bu tarixin tarixçilər tərəfindən yox, böyük güclər tərəfindən yazıldığını söyləyib: "Biz tarixin tarixçilər tərəfindən yazılmasının vacib olduğunu düşünürük. Tarixə 1915-ci il hadisələri kimi düşən hadisələr də böyük güclər tərəfindən yazılan bir tarixdir. 100 il boyunca türklərin ermənilərə və ermənilərin türklərə qarşı etdikləri obyektiv yazılmayıb. Biz bütün arxivləri açmışıq. Araşdırılan tarixi sənədlərin sayı 1 milyondan çoxdur. Ermənistan və üçüncü ölkələr də arxivlərində bu barədə nə varsa, açmalıdır. Tarixçilərə, siyasətşünaslara, hüquqşünaslara həvalə edək, araşdırsınlar, nəticələri siyasətçilərə təqdim etsinlər və bu məsələyə son qoyaq. Tarix parlamentlərdə siyasi qərarlar qəbul edərək və olmayan hadisələrə gerçək kimi baxaraq doğru yazıla bilməz”.   

R. T. Ərdoğan 1915-ci il olaylarının 100-cü ildönümü ilə əlaqədar erməni diasporunun Türkiyəyə qarşı kampaniya apardığını söyləyib: "Biz Türkiyə olaraq təbliğat aparmaq və ya hansısa qənaət formalaşdırmaq məqsədi güdmürük. Hər zaman açıq ürəklə, səmimiyyətlə 1915-ci il hadisələrinin doğru şəkildə araşdırılmasını və anladılmasını istəmişik. Ermənistana əl uzadan biz olmuşuq. Yeni bir səhifə açmaq istədik, lakin çox təəssüf ki, əlimiz havada qaldı”.

Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılmaq üçün Ermənistan rəhbərliyinə də dəvət göndərdiklərini xatırladan Türkiyə prezidenti qarşı tərəfdən gələn təklifi nəzakətsizlik adlandırıb: "Biz istədik ki, gəlsinlər, 24 apreldə Çanaqqalada olsunlar, o atmosferi tənəffüs etsinlər. Lakin nəzakət qaydalarını tapdalayan açıqlamalarla bir daha sülhün, dialoqun önünü qapatdılar” //apa.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol