• $
  • £

Bu ay nə bahalaşıb?

Bu ay nə bahalaşıb?
11.02.2015 11:59
Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb. 

"Qafqazinfo” xəbər verir ki, 2015-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 5,3 faiz ucuzlaşıb.

2015-ci ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 24,1 faiz ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4 faiz bahalaşma müşahidə olunmuş, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə sabit qalıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 9,4 faiz, neft məhsullarının istehsalı üzrə 8,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 7,8 faiz, qida məhsullarının istehsalı üzrə 3,9 faiz, mebel istehsalı üzrə 1,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, tikinti məmumatlarının istehsalı üzrə 0,3 faiz, geyim istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, toxuculuq sənayesi üzrə 3,0 faiz, metallurgiya sənayesi üzrə 1,5 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. 

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dollarla krediti olanların nəzərinə
Qaynari.nfo 09:18
Dollarla krediti olanların nəzərinə
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Qaynari.nfo 07:23
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Qaynari.nfo 07:05
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Beynəlxalq Banka yeni sədr təyin olundu
Qaynari.nfo 07:01
Beynəlxalq Banka yeni sədr təyin olundu
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Qaynari.nfo 04:38
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Azərbaycanda 6 milyonluq israfçılıq
Qaynari.nfo 00:58
Azərbaycanda 6 milyonluq israfçılıq
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Qaynari.nfo 23:24
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol