• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Xocalıya ədalət" kampaniyası çərçivəsində petisiyaya start verildi

12.02.2015 10:29
"Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində bu faciəni törətmiş cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üzrə petisiyaya start verilib.

İslam Konfransı Gənclər Forumundan (İKGF) APA-ya verilən xəbərə görə, petisiyada Xocalıda baş verən kütləvi qırğının 53 ölkəni təmsil edən Parlament İttifaqı, 7 ölkə parlamenti və ABŞ-ın 16 ştatının qanunverici orqanı tərəfindən "insanlığa qarşı cinayət” və "soyqırım aktı” kimi tanınması qeyd olunur. Xüsusilə bu sənəddə son zamanlar 100 il öncə baş verən hadisələrə istinad edən erməni lobbisi və onların maliyyələşdirdiyi təbliğatçıların Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətindən gizlətməsi cəhdləri göstərilir.
 
Dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyada Xocalı faciəsini törətmiş adamların cinayət məsuliyyətinə cəlb edilməsi və faciəni "insanlığa qarşı cinayət” və "soyqırım aktı” kimi qiymətləndirilməsi çağırışı edilir. Petisiyanı imzalamaq istəyənlər bu linkə daxil ola bilərlər: http://goo.gl/xbenPO
 
Qeyd edək ki, "Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol