• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycan prezidenti yeni fərman imzaladı

Azərbaycan prezidenti yeni fərman imzaladı
12.02.2015 17:00
Azərbaycan prezidenti İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
 
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Həmçinin müəyyən edilib ki, "Məhkəmələr və hakimlər haqqında” qanunun 110-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan prezidenti həyata keçirir.
 
Qeyd edək ki, müvafiq dəyişikliklərə əsasən, qanun 96-cı maddəsində birinci hissənin birinci cümləsində "beş” sözü "üç” sözü ilə əvəz edilib, dördüncü cümləsində "həddinə” sözü "həddinədək” sözü ilə əvəz edilib, "- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılıb.
 
Həmin maddəyə "Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır” ikinci hissə əlavə edilib.
 
Qanunun 110-cu maddəsi isə aşağıdakı redaksiyada verilib:

"Maddə 110. Hakimlərin həvəsləndirilməsi

Hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə aşağıdakı həvəsləndirmə tədbirləri görür:

qiymətli hədiyyə ilə mükafatlandırmaq;

fəxri fərman ilə təltif etmək;

fəxri döş nişanı ilə təltif etmək;

hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif vermək.”.

Qanunun 2-ci maddəsinin keçid müddəasında isə qeyd olunur ki, qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə "Məhkəmələr və hakimlər haqqında” qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Qaynari.nfo 03:50
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Azərbaycan Ordusu 3 şəhid verib
Qaynari.nfo 19:43
Azərbaycan Ordusu 3 şəhid verib
​Avropa Parlamenti qondarma
Qaynari.nfo 10:13
​Avropa Parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdi
Söyün Sadıxov
Qaynari.nfo 10:16
Söyün Sadıxov "Azərros"un yeni prezidenti seçilib
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 12:55
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 19:58
"AzərRos" prezident İlham Əliyevə müraciət ünvanladı
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
Qaynari.nfo 13:58
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Qaynari.nfo 09:00
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Azərbaycanlılar aksiya keçirdi
Qaynari.nfo 12:38
Azərbaycanlılar aksiya keçirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol