• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

​Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri – SİYAHI

​Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri – SİYAHI
13.02.2015 10:54
Azərbaycan Prezident Administrasiyasına vətəndaşlar tərəfindən daxil olan şikayətlərin bir çoxu şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, evlərin sökülməsi və kompensasiyaların verilməsində yaranan problemlərlə əlaqədardır.

"Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə görülmüş işlər haqqındakı təhlil yazısında bildirib.

Şöbə müdiri qeyd edib ki, əvvəlki illərə nisbətən 2014-cü ildə belə şikayətlər bir qədər azalsa da, onların sayı hələ də yüksəkdir: "Vətəndaşlar tikinti şirkətləri tərəfindən mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bilmədiklərindən, ümumiyyətlə, tikinti şirkətlərinin fəaliyyətinə zəif nəzarət edilməsindən narazılıqlarını bildirirlər. Belə müraciətlər Bakı və Sumqayıt şəhərlərinin sakinlərindən, həmçinin Abşeron rayonundan daxil olub. Vətəndaşlar "İnşaatçı-GM”, "Qolden”, "Azərtikinti ATF”, "İdeal-İnşaat”, "Şahbulaq”, "Abşeron-1”, "A.E.K”, "Xəmsə İnşaat”, "Qaraçay”, "Bios”, "Bəyaz”, "Dərəçiçək”, "Meqa-siti Holdinq”, "Elita-R”, "Gənc”, "AAF-İnşaat”, "R+R”, "Birlik inşaat”, "Ulduz”, "FOLKLOR”, "ABC”, "Fuad LTD”, "Kamran”, "Safari-N”, "Yeni Yasamal”, "Effekt İnşaat”, "Ələsgəroğlu”, "AENT-E”, "HAYAN-E”, "Klass Azko”, "Badu Kubə”, "Olimpus-AZ”, "Cənnət”, "Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dollarla krediti olanların nəzərinə
Qaynari.nfo 09:18
Dollarla krediti olanların nəzərinə
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Qaynari.nfo 07:23
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Qaynari.nfo 07:05
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Beynəlxalq Banka yeni sədr təyin olundu
Qaynari.nfo 07:01
Beynəlxalq Banka yeni sədr təyin olundu
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Qaynari.nfo 04:38
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Azərbaycanda 6 milyonluq israfçılıq
Qaynari.nfo 00:58
Azərbaycanda 6 milyonluq israfçılıq
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Qaynari.nfo 23:24
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol