• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ərdoğan Obamaya səsləndi: "Niyə susursan"

Ərdoğan Obamaya səsləndi:
13.02.2015 13:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Meksikada olan zaman ABŞ-ın Şimali Karolina əyalətində öldürülən üç müsəlman şagirdlə bağlı ABŞ prezidenti Barak Obamaya səslənib.

ANN.Az türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bunları deyib: "Amerikaya yaxın olduğum üçün buradan bildirmək istəyirəm. Mən cənab Obamaya səslənirəm, "Hardasan lider" deyirəm. Xarici işlər nazirinə səslənirəm "Haradasınız" deyirəm. Biz siyasətçilər, ölkəmizdə baş verən cinayətlərə görə məsuliyyət daşıyırıq. Belə məsələlər barəsində münasibətlərimizi ortaya qoymaq məcburiyyətindəyik. Çünki xalq sizə səs verərkən "Mənim can təhlükəsizliyimizi, mal təhlükəsizliyimizi təmin edəcəksiniz" deyə verir.  Əgər siz, bu cür bir hadisə qarşısında səssiz qalsanız, dünya da sizə hər zaman səssiz qalacaq".

Yas mərasiminə minlərlə adam gəlib

Şagirdlərdən ikisinin atası Məhəmməd Əbu-Salha uşaqlarının nifrətin günahına qurban olduğunu və hal-hazırda necə vəziyyətdə olduğunu ifadə edə bilməyəcəyini deyib.

Salhanın iki qızı 21 yaşındakı Yusor Məhəmməd Əbu-Salha və 19 yaşındakı Raza Məhəmməd Əbu-Salha ilə 23 yaşındakı kürəkəni Deah Shaddy Barakat, Çərşənbə axşamı Chapel Hilldəki dairələrdə vurularaq öldürülüb.

Polis ilkin məlumatlara görə cinayətlərin arxasında dini nifrət olub olmadığının araşdırır. Polislərin verdiyi məlumata görə Şimali Karolina Əyalət Universitetindəki mərasimə 5,500 adam gəlib. Şagirdlər daha sonra Raleifəki bir qəbiristanlıqda dəfn olunub.
 
ANN.Az
 
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol