"Real"ın prezidenti Ronaldonu satır
"Real" (Madrid) hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda satışa çıxara bilər.
Qol.Az-ın "El Confidencial"a istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Florentino Perez açıqlamasında deyib.
Perez yaxşı təklif alacaqları təqdirdə portuqaliyalı futbolçu ilə yollarını ayıracaqlarını bildirib.
Ronaldonun "Real"la müqaviləsi 2018-ci ildə başa çatacaq.
Perezin bu cür gözlənilməz qərarına "Real"ın La Liqada "Atletiko"ya 0:4 hesablı məğlubiyyətindən sonra özünə ad günü mərasimi keçirməsi və orada şənlənməsi səbəb oluib.
Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən "Real"a transfer olunub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər