• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Poroşenko: "Heç kim əmin deyil ki, razılaşmalar yerinə yetiriləcək"

Poroşenko:
13.02.2015 16:41
"Heç kimdə qəti əminlik yoxdur ki, Minsk razılaşmasındakı şərtlər yerinə yetiriləcək”.

"Minsk razılaşmaları Donbassdakı münaqişənin sülh yolu ilə nizamlanma mərhələsinə daxil olacağına ümid yaradır”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın "Novıye Petrovtsı” təlim bazasındakı çıxışında deyib. Lakin o, sülhdən hələ çox uzaq olduqlarını söyləyib: "Mən istəyirəm ki, heç kim hər hansı illüziyaya qapılmasın, eyni zamanda mənim haqqımda sadəlövh insan təsəvvürü yaranmasın. Biz sülhdən hələ çox uzaqdayıq. Minsk razılaşmalarındakı şərtlərin yerinə yetiriləcəyinə qəti əminlik heç kimdə yoxdur. Sadəcə olaraq, ümid var ki, gərginlik azalmağa başlayacaq. Atəşin dayandırılması, ağır silahların geri çəkilməsi ümid edirəm ki, bizi sülhə aparan yol olacaq”.  
     
P. Poroşenko bəyan edib ki, sülh diplomatik müstəvilərdə yox, ön cəbhədə və səngərlərdə əldə olunur: "Bizim düşmənimiz Minsk danışıqlarına çox ciddi hazırlaşmışdı. Məhz bu səbəblə son günlər və həftələr bütün təmas xətti boyunca bizim mövqelərimizə hücumlar etdilər. Təəssüf ki, bu amansız hücumlar sülh sazişinin imzalanmasından sonra da davam edir. Nə üçün? Məqsəd o idi ki, müdafiəmizi yarsınlar və Minskə vəziyyətin hakimi olaraq gəlsinlər. Lakin bu plan sizin və on minlərlə Ukrayna döyüşçüsünün sayəsində fantaziya olaraq qaldı”.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol