• $ 1.7
  • € 1.9797
  • ₽ 0.02111
  • ₺ 0.0415
  • £ 2.2869

Bakıda yeni yollar salınacaq

Bakıda yeni yollar salınacaq
13.02.2015 17:13
Salınan yeni yolların gələn ay istifadəyə veriləcəyi gözlənilir

Bakıda bir neçə böyük yol salınacaq. 

Bu barədə Nəqliyyat Nazirliyi Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarının keçirilməsilə əlaqədar Nəqliyyat Nazirliyinin 08 iyul 2013-cü il tarixli əmri ilə nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib.

"Tədbirlər Planına əsasən paytaxt ərazisində bir çox layihələrin icrasına start verilib. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin əsas hədəfi ilk Avropa Oyunlarına ev sahibliyi edəcək paytaxt Bakı şəhərində nəzərdə tutulan marşrutlar üzrə yol şəbəkəsini daha da yaxşılaşdırmaq, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin etməkdir”, - deyə Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Böyük Şor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi prosesi davam edir. Həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Pünhan Mürsəliyev əlavə edib ki, tədbirlər Planı çərçivəsində artıq bir sıra layihələr başa çatdırılıb.

"Ziya Bünyadov prospekti yenidənqurulub, Tbilisi prospekti əsaslı təmir olunub. Eləcə də, Zığ dairəsi – Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi, Zabrat – Maştağa – Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması prosesləri yekunlaşıb. Bundan başqa, Qələbə meydanında, Heydər Əliyev prospektində, "Şəfa” stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqları tikilib. Görülən işlərdən Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K. Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar”, - deyə Pünhan Mürsəliyev vurğulayıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlin sonuna qədər Laçına 40 ailə köçürüləcək
İqtisadiyyat 13:23
İlin sonuna qədər Laçına 40 ailə köçürüləcək
ŞƏT sammiti avqustun 31-də Tyançjində keçiriləcək
İqtisadiyyat 13:02
ŞƏT sammiti avqustun 31-də Tyançjində keçiriləcək
Azərbaycan neftinin orta ixrac qiyməti açıqlanıb
İqtisadiyyat 13:02
Azərbaycan neftinin orta ixrac qiyməti açıqlanıb

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:38
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
ASCO-nun Müşahidə Şurasına yeni sədr təyin olunub
İqtisadiyyat 11:26
ASCO-nun Müşahidə Şurasına yeni sədr təyin olunub
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilir
İqtisadiyyat 11:21
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilir
SOCAR İran körfəzində işə başlayıb
İqtisadiyyat 10:47
SOCAR İran körfəzində işə başlayıb
Rusiya Ermənistana qaz təchizatını dayandıracaq
İqtisadiyyat 10:40
Rusiya Ermənistana qaz təchizatını dayandıracaq
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:08
Qızılın qiyməti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol