• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda işləmiş biznesmen baş nazir ola bilər

Azərbaycanda işləmiş biznesmen baş nazir ola bilər
15.02.2015 15:03
Moldova prezidenti Nikolay Timofti baş nazir vəzifəsinə yeni namizəd olaraq Kirill Qaburiçi təyin edib.

ANS PRESS-in məlumatına görə, əgər parlament bu namizədi də təsdiqləməsə, Moldovada qanunverici orqan buraxılacaq və növbədənkənar seçkilər keçiriləcək. 

Lakin Moldova Respublikasının Sosialistlər Partiyasının lideri İqor Dodonun fikrincə, parlament Qaburiçi qəbul etsə belə, 2 aydan sonra hakimiyyət dağılacaq və növbədənkənar seçkilər keçirilməli olacaq. Bununla da sosialistlər Kirill Qaburiçi dəstəkləmədiklərini bildiriblər. 

Lakin demokratlar Kirill Qaburiçə səs verəcəklərini qeyd ediblər. Seçkilər zamanı kommunistlərin də Qaburiçi dəstəkləmələri gözlənilir. Belə ki, kommunistlər partiyasının üzvləri prezident Timofti ilə danışıqlar zamanı bildiriblər ki, onlar baş nazirliyə namizədi yalnız o halda dəstəkləyəcəklər ki, namizəd biznes sahəsindən olsun.

Xatırladaq ki, yeni namizəd təyin edilən Kirill Qaburiç 2012-ci ildə "Azercell" mobil operatorunun rəhbəri olub. Lakin o, 2014-cü ildə bu vəzifəni tərk edib və bildirib ki, bir daha "Teliasonera Group" ilə işləmək istəmir. O, həm də Moldovada mobil əlaqə şirkətlərindən birinin direktoru da olub.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Maqnit qasırğası gözlənilir
Dünya 10:00
Maqnit qasırğası gözlənilir
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol