Qazaxıstan erkən seçimə gedir
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəhb'ri olduğu Nur Otan partiyası Xalqlar Assambleyasının 2016-cı ildə keçiriləcək prezident seçkisinin 1 il əvvələ salınması təklifinə dəstək verib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Nur Otan Partiyası birinci sədr müavinin köməkçisi Bauirzxan Baibek Xalqlar Assambleyasının bu təklifinin partiya daxilində normal qarşılandığını deyib. Qazax xalqının rufahının iri həcmli yatırımlara bağlı olduğunu diqqət çəkən Baibek təhlükəsiz və inam dolu bir gələcək üçün atılan hər bir yeniliyə dəstək verdiklərini bildirib: "Bütün vətəndaşları, siyasi partiyaları və cəmiyyəti prezident seçkisinin 1 il öncə keçirilməsi üçün irəli sürülən təklifi dəstəkləməyə çağırırıq".
Ölkədəki 820 etnik və mədəni birliyin təmsil olunduğu Xalqlar Assambleyası ötən həftənin sonunda paytaxt Astanada toplanmış və gələcək il keçirilməsi planlaşdırılan prezident seçkisinin bir il öncəyə salınması təklifi ilə çıxış edib.
Ölkə konstitusiyasına edilən sonuncu dəyişikliyə görə, prezident müddəti 7 ildən 5 ilə endirilmişdi. Nazarbayev 2011-ci ildə 95,55 faiz səsçoxluğu qazanaraq 4-cü dəfə ölkə rəhbəri olmuşdu. Nazarbayev 2016-cı ildə də prezidentliyə namizəd olacağını açıqlamışdı.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər