• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İnternetlə bağlı ən çox şikayət daxil olan provayderlər

İnternetlə bağlı ən çox şikayət daxil olan provayderlər
18.02.2015 01:14
Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) özəl provayderlər və aidiyyəti qurumların iştirakı ilə internetin inkişafına həsr olunmuş iclas keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, birliyin baş direktoru Beytulla Hüseynov nazir Əli Abbasovun telekommunikasiya operatorları "Aztelekom” və BTRİB-in ünvanına səsləndirdiyi tənqidi fikirlərə diqqət çəkərək, iclasın bu zərurətdən təşkil olunduğunu vurğulayıb.
 
BTRİB-in baş direktoru provayderlərin üzləşdiyi problemlərlə bağlı hər kəsi açıq şəkildə danışmağa, internetin inkişafına yönələn təkliflər səsləndirməyə dəvət edib.
 
Köhnə problemlərin 80%-nin artıq həllini tapdığını deyən Azərbaycan İnternet Cəmiyyətinin (AİC) sədri Qalib Qurbanov hazırda gündəmdə daha çox internetin keyfiyyətinin yaxşılaşdırılması məsələsinin dayandığını bildirib.
 
Özəl provayderlərlə bağlı iradlarını da bildirən AİC sədri xüsusən "Connect”, "Superonline”, "UniNet” rəhbərliyinin abunəçilərlə ünsiyyətdən qaçdığını və bununla bağlı çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edib.
 
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz optik infrastrukturun inkişafına ciddi ehtiyac yarandığını vurğulayıb. Genişzolaqlı internet infrastrukturunun inkişafı üçün isə müəyyən edilmiş tariflərə yenidən baxılmasını vacib sayan AİF prezidenti özəl və dövlət provayderlərinin "start” vəziyyətlərinin bərabərləşdirilməsi istiqamətində addımların atılması məsələsini diqqətə çatdırıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol