• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Keçmiş nazir prezident seçildi

Keçmiş nazir prezident seçildi
19.02.2015 14:25
Yunanıstanın iqtidar partiyası Radikal Sol Koalisiya (SYRİZA) və Müstəqil Yunanlar (ANEL) tərəfindən namizəd göstərilən Prokopis Pavlopulos ölkənin yeni prezidenti seçilib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, keçmiş daxili işlər naziri və konstitusiya hüququ üzrə professor 64 yaşlı Prokopis Pavlopulos seçkidə qalib çıxıb. Ölkənin parlamentində keçirilən səsvermədə prezidentlik postuna 2 namizəd olub. İqtidarın namizədi Prokopis Pavlopulos müxalifət partiyaları - Potami və PASOK-un namizədi, konstitusiya hüququ üzrə professor Nikos Alivizatosla yarışıb.

Səsvermə zaman 300 üzvü olan parlamentin 295 nəfəri prosesdə iştirak edib və Prokopis Pavlopulos 233 səs çoxluğu ilə qalib elan olunub.

Prokopis Pavlopulos 1950-ci ildə Kalamatada dünyaya gəlib. Hüquq təhsili alan Pavlopulos Fransada bu sahə üzrə doktorluq müdafiə edib. Afina Universitetində müəllim işləyib. Öz ixtisası üzrə çox sayda kitab və məqalə müəllifidir.

Bundan əlavə, Prokopis Pavlopulos 1996-cı ildən indiyə kimi müxtəlif vəzifələrdə çalışıb. O, 2007-2009-cu illərdə ölkənin daxili işlər naziri postunda olub.

Prokopis Pavlopulos evlidir, 1 oğlan, 2 qız atasıdır.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Maqnit qasırğası gözlənilir
Dünya 10:00
Maqnit qasırğası gözlənilir
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol