İrandan Türkiyə əleyhinə daha bir bəyanat

İran Türkiyə və ABŞ arasında imzalanan suriyalı müxaliflərə yönəlik maarifləndirmə-hərbi təchizat proqramı anlaşmasını beynəlxalq qanunlara zidd hesab edir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mərziyyə Afham Tehranda keçirdiyi brifinqdə belə bir bəyanatla çıxış edib.
Afham müqaviləni "İŞİD kimi təşkilatların ortaya çıxmasına zəmin hazırlayan keçmiş strateji səhvlərin təkrarı" şəklində qiymətləndirərək "ABŞ və bəzi ölkələrin yanlış siyasətlərdə və strateji xətalarda israr etməsi, daha çox yuma və günahsız insanların ölümünə yol açacaq" cümləsini ifadə edib.
Türkiyə və ABŞ suriyalı müxaliflərə yönəlik maarifləndirmə-hərbi təchizat proqramı anlaşma memorandumu Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu və ABŞ-ın Ankara Səfiri Con Bass tərəfindən 19 fevralda Ankarada imzalanıb.
Xarici işlər Naziri Mövlud Çavuşoğlu bu proqramın əsasən terror təşkilatı İŞİD və ərazidəki digər silahlı qruplarla mübarizə aparılması məqsədilə istifadə ediləcəyini açıqlayıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər