• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Putin: “Ukrayna ilə heç vaxt müharibə olmayacaq”

Putin: “Ukrayna ilə heç vaxt müharibə olmayacaq”
24.02.2015 14:48
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ilə müharibənin olacağını gözləmək lazım deyil.

"Mən hesab etmirəm ki, belə qiyamət ssenarisi baş verəcək. Ümid edirəm ki, məsələ bu həddə qədər gəlib çatmayacaq” - deyə V.Putin Rusiyanın dövlət televiziyasına müsahibəsində bildirib.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Putin müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenkonun Krımı qaytarmaq planlarından da söz açıb. Rusiya prezidenti bunu qisasçılıq adlandırıb.

"Hansısa ərazilərin qaytarılmasına gəlincə isə bunlar qisasçılıq xarakteri daşıyan açıqlamalardır. Özü də məsələ hansısa ərazilərin harasa, kiməsə qaytarılmasında deyil” - deyə Putin əlavə edib.

Putin rəsmi Kiyevi belə fikirlərə düşməkdənsə "Ukraynanı normal həyata necə qaytarmaq, ölkənin cənub-şərqli ilə paytaxt və mərkəzi hakimiyyət arasındakı münasibətləri necə yoluna qoymaq, Donbasda yaşayan insanların hüquq və maraqlarını necə təmin etmək barədə düşünməyə” çağırıb.

Rusiya prezidenti Ukraynanın güc strukturlarını da kəskin tənqid edərək onları münaqişəni qızışdırmaqda və böyütməkdə suçlayıb: "Onlar bununla həm öz məğlubiyyətlərinə haqq qazandırmağa, həm də bütün olub-bitənlərə görə günahı Rusiyanın üstünə atmağa cəhd edirlər”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Maqnit qasırğası gözlənilir
Dünya 10:00
Maqnit qasırğası gözlənilir
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol