Prezident Artur Rasi-zadəni “Şöhrət” ordeni ilə təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Artur Rasi-zadənin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ANN.Az "Report”a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasi-zadə "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah - fevralın 26-da A.Rasizadənin 80 yaşı tamam olur.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər