• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsinin açılışı oldu - Fotolar

Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsinin açılışı oldu - Fotolar
28.05.2020 18:42
Xocalı soyqırımının 23-cü il dönümü ilə bağlı Azərbaycan Türkiyədəki səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində Ankaranın Kızılcahamam rayonunda yerləşən Xocalı Muzeyi və Xocalı Abidəsinin açılış mərasimi keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlanın, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Nəcdət Ünüvarın mesajı oxunub. Mesajda Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunub.

Ardından Kızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, səfirliyin müşaviri Ceyhun Zeynalov, millət vəkili Elman Məmmədov, Xocalı şəhəri sakini Ramiz Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və şöbə müdiri Qasım Hacıyev çıxış edərək Xocalı soyqırımı haqqında fikirlərini bölüşüblər. Natiqlər çıxışlarında Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş bəhs ediblər.

Tədbirdə səfirliyimizin əməkdaşları, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, diaspor və ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Mərasim şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunaraq başa çatıb.

Tədbir zamanı iştirakçılara Xocalı soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunub.

ANN.Az
 



Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Kəbədə namaz qıldı - FOTOLAR
08:37
İlham Əliyev Kəbədə namaz qıldı - FOTOLAR
Zakir Həsənovun kralla görüşündən FOTOLAR
06:22
Zakir Həsənovun kralla görüşündən FOTOLAR
Prezident ailəsi ilə Fəxri xiyabanda - FOTOLAR
06:22
Prezident ailəsi ilə Fəxri xiyabanda - FOTOLAR
Ermənilər Ağdamın kəndlərini qumbaraatandan atəşə tutdular
06:20
Ermənilər Ağdamın kəndlərini qumbaraatandan atəşə tutdular
İqtidar-müxalifət dialoqu necə keçdi: tərəflər razıdır - FOTOLAR
06:09
İqtidar-müxalifət dialoqu necə keçdi: tərəflər razıdır - FOTOLAR
Zakir Həsənov ordunu döyüşə hazırlayır - FOTOLAR
Qaynari.nfo 06:09
Zakir Həsənov ordunu döyüşə hazırlayır - FOTOLAR
Könüllü təslim olan erməni əsgəri:
Qaynari.nfo 06:01
Könüllü təslim olan erməni əsgəri: "Komandir məni mütəmadi döyürdü" - Fotolar
Asim Mollazadə:
22:53
Asim Mollazadə: "Məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biridir"
İlham Əliyev yeni polis maşınları ilə tanış oldu - FOTOLAR
21:44
İlham Əliyev yeni polis maşınları ilə tanış oldu - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol