• $
  • £

“Xocalıya ədalət” kampaniyası çərçivəsində yeni aksiya

“Xocalıya ədalət” kampaniyası çərçivəsində yeni aksiya
29.05.2020 11:25
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində yeni aksiyaya başlayıb.

Aksiyanın məqsədi Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və aparılan "Xocalıya Ədalət” kampaniyasına dəstək verməkdir. Aksiya elektron poçt ünvanlarında istifadə olunan imzalarda "Xocalıya ədalət” kampaniyası ilə əlaqədar elektron bannerin yerləşdirilməsindən ibarətdir və bu banner yerləşdirilməklə göndərilən hər bir elekron poçt "Xocalıya ədalət” kampaniyasına dəstəkdir.

Aksiya çərçivəsində "Xocalıya Ədalət” kampaniyası və Xocalı soyqırımı qurbanlarına aid statistik göstəriciləri ehtiva edən elektron banner aksiya iştirakçılarının elektron poçt imzalarına əlavə olunacaq. Aksiya iştirakçılarının bütün ölkə daxili və beynəlxalq yazışmalarında sözü gedən elektron banner əks olunacaq və aksiya iştirakçılarının göndərdiyi bütün elektron poçtları qəbul edən şəxslər Xocalı həqiqətlərindən xəbərdar olacaqlar. Aksiya 26 Fevral – Xocalı faciəsinin anım günü başlayacaq və qondarma erməni soyqırımının anım gününə qədər davam edəcək.

Aksiyaya istifadə edilən elektron poçt ünvanına aksiyanın bannerini quraşdırmaqla qoşulmaq mümkündür.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə aksiyanın kampaniyanın qondarma Erməni soyqırımının anım gününə qədər davam edəcəyini bildirib: "Son illərdə Heydər Əliyev Fondunun vitse – prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya Ədalət” kampaniyası vasitəsi ilə Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Tərəfimizdən "Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq həyata keçirilən elektron poçt imzası aksiyası yalnız 26 fevral tarixi ilə məhdudlaşmayacaq, aksiyaya qoşulan vətəndaşlarımızın gündəlik yazışmalarında da, əks olunacaq. Aksiyamız qondarma erməni soyqırımı gününə qədər davam edəcək.” Aksiyaya qoşulmaq üçün ətraflı məlumat və təlimatı www.khojaly.nayora.az ünvanından əldə etmək mümkündür.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:57
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol