• $ 1.7
  • € 1.9496
  • ₽ 0.021656
  • ₺ 0.043
  • £ 2.2799

Bugatti Veyron istehsalı dayandı

Bugatti Veyron istehsalı dayandı
26.02.2015 20:46
Son Veyron Yaxın Şərqdən olan müştəriyə satılıb.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, modelin tarixində son nöqtə La Finale adı alan Grand Sport Vitesse rodsteri olub.

Bir neçə həftədən sonra bu nüsxə Cenevredə avtosalonda sərgilənəcək, onun yanında isə 2005-ci ilin il Veyronu yer alacaq.

Qeyd etmək Bugatti Veyron-un tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdimedildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilindı "Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb.  

2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib. 

Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi. Ən yüksək – 431 km/s  sürətini 2010-cu ildən 2014-cü ilə qədər istehsal edilən Super Sport modifikasiyasında əldə etmək mümkün olub.

Bugatti pərəstişkarları yeni superkarını isə ən azı 2017-ci ilə qədər gözləməli olacaqlar. İndi  Volkswagen Group mütəxəssisləri Veyronun varisi olacaq daha güclü avtomobilin üzərində çalışırlar: onun 2,3 saniyəyə 100 km/s sürət yığacağı, maksimal sürəti isə 460 km/s olacağı ehtimal edilir. 

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrana nüvə məsələsində dəstək olmağa hazırıq - Putin
Dünya 10:09
İrana nüvə məsələsində dəstək olmağa hazırıq - Putin
ABŞ müdafiə xərclərini 5%-ə qaldırmayacaq -Tramp
Dünya 09:40
ABŞ müdafiə xərclərini 5%-ə qaldırmayacaq -Tramp
Avropa və ABŞ İranda yeni rəhbərin kim olacağını müzakirə edir
Dünya 09:30
Avropa və ABŞ İranda yeni rəhbərin kim olacağını müzakirə edir
İsrail Məşhəd və Təbriz şəhərlərinə hücum edib- SON XƏBƏRLƏR
Dünya 00:16
İsrail Məşhəd və Təbriz şəhərlərinə hücum edib- SON XƏBƏRLƏR
İranda zəlzələ olub
Dünya 22:35
İranda zəlzələ olub
Ərdoğan Paşinyanla görüşüb - Yenilənib
Dünya 22:10
Ərdoğan Paşinyanla görüşüb - Yenilənib
ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər
Dünya 22:04
ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər
Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır
Dünya 21:36
Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır
Türkiyədə zəlzələ olub
Dünya 21:00
Türkiyədə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol