• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Prezident fərman imzaladı

Prezident fərman imzaladı
27.02.2015 10:27
Azərbaycan prezidenti İlham Əliyev "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli qanununun tətbiqi və "Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 217 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman verib.

APA-nın məlumatına görə, indiyə qədər Baş Prokurorluğuna tövsiyə edilirdi, Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə isə tapşırılırdı ki, keçirdikləri yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması halları barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat versinlər.

Dəyişikliyə əsasən, dövlət sirri təşkil edən məlumatların əhatə dairəsi dəqiqləşdirilir, şəxsin yoxlanılma proseduru dəyişdirilir. Başqa sözlə, Baş Prokurorluğuna tövsiyə edilir, Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə isə tapşırılır ki, şəxsin xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri keçirərkən, yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin "Dövlət sirri haqqında” qanunun 23.1.7-ci maddəsində nəzərdə tutulan əsasın (Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması) olub-olmaması barədə Milli Təhlükəsizlik Nazirliyinin rəyini alsınlar.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakıda yağıntı intensivləşəcək
Cəmiyyət 14:13
Sabah Bakıda yağıntı intensivləşəcək
Yaxın Şərqdən Azərbaycana gələn turistlərin sayı 11 ayda 11,7% artıb
Cəmiyyət 14:06
Yaxın Şərqdən Azərbaycana gələn turistlərin sayı 11 ayda 11,7% artıb
İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib
Cəmiyyət 13:35
İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib
Sabah sulu qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:32
Sabah sulu qar yağacaq - PROQNOZ
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 12:25
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:58
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:56
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
Cəmiyyət 09:30
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol