• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Qərbi Avropa şəhəri: Vyana - FOTOLAR

Qərbi Avropa şəhəri: Vyana - FOTOLAR
27.02.2015 19:41
Rüstəm Qasımov

Vyana Avstriya Federal dövlətinin paytaxtıdır. Bu şəhər digər on federal torpaqdan biri kimi Cənubi Avstriyada yerləşir. Viyana ölkənin əhali sayına görə ən böyük şəhəridir. Avropa Birliyində isə ən böyük şəhərlər arasında on birinci yerdə gedir. Vyana Avstriyanın mədəni, iqtisadi və siyasi mərkəzidir.

Vyana Nyu York və Cenevrədən sonra BMT-nin ofislərinin yerləşdiyi üçüncü şəhərdir. Vyana beynəlxalq mərkəzi (UNO-city adlanır) özündə, MAQATE-ni və BMT-nin sənaye inkişafı ilə bağlı təşkilatını və digər qurumlarını birləşdirir. OPEK və ATƏT-in baş ofisləri də burada yerləşir.

Qədim Vyana şəhəri və Şenbrun sarayı 2001-ci il dekabr ayında YUNESKO-nun dünya mirası siyahısına daxil edilib.  

2012-ci ildə beynəlxalq araşdırma mərkəzi olan "Mercer” 221 şəhər arasında yüksək həyat şəraiti ilə bağlı apardığı araşdırmada Viyana ard-arda birinci yeri tutub. "The Ecenomist” jurnalı 2011-ci ildə Vyananı (Melburun və Vankuverdən sonra) üçüncü ən kamfortlu şəhər seçib. Qeyd etmək yerinə düşər ki, Vyanada olan parklardan birində, dahi azərbaycanlı bəstəkarı Üzeyir Hacıbəyovun heykəli yerləşir. Avstriyanın paytaxtında hətta müxtəlif mədəni tədbirlərin təşkil olunduğu, Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Vyana opera sevərlərin əsl cənnətidir, çünki burada operaya xüsusi dəyər verilir. Şəhər həm qədim, həm də müasir tikililərlə zəngindir. Vyanada istirahət etmək və xoş vaxt keçirtmək üçün çoxlu sayda cürəbəcür parklar var.

ANN.Az portalı, Qərbi Avropanın ən gözəl şəhərlərindən biri olan Vyananın şəkillərini sizlərə təqdim edir.

Fotolar bizim daimi oxucumuz Tereza Malekə məxsusudur. Bizim portalla əməkdaşlıq etdiyi üçün ona dərin təşəkkürümüzü çatdırırıq.  


ANN.Az
 
 






































 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlılar İŞİD-i parçalayır - FAKTLAR
Dünya 06:12
Azərbaycanlılar İŞİD-i parçalayır - FAKTLAR
Sovet avtomobil sənayesinin əfsanəsi - FOTOLAR
Dünya 06:11
Sovet avtomobil sənayesinin əfsanəsi - FOTOLAR
Mafiya babalarının gözqamaşdıran məzar daşları - FOTOLAR
Dünya 23:09
Mafiya babalarının gözqamaşdıran məzar daşları - FOTOLAR
Qərbi Avropa şəhəri: Vyana - FOTOLAR
Dünya 19:41
Qərbi Avropa şəhəri: Vyana - FOTOLAR
Dünyanın
Dünya 21:24
Dünyanın "Gözəllik xəritəsi" tərtib edildi - FOTOLAR
Türkiyədəki suriyalı qaçqınlar: onlar necə yaşayırlar? - FOTOLAR
Dünya 10:00
Türkiyədəki suriyalı qaçqınlar: onlar necə yaşayırlar? - FOTOLAR
Dünyanın ən təhlükəli gecəqonduları
Dünya 16:17
Dünyanın ən təhlükəli gecəqonduları
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol