• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Xocalı soyqırımı mövzusu “Twitter”də birinci olub - FOTO

Xocalı soyqırımı mövzusu “Twitter”də birinci olub - FOTO
27.02.2015 22:32
Fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub

"Xocalıya ədalət!” kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də bütün dünyada keçirilən çoxsaylı tədbirlər ətrafında aparılan müzakirələr Twitter mikrobloqunun tematikasına əhəmiyyətli dərəcədə təsir edib.
 
APA-nın "AzərTaca” istinadən verdiyi xəbərə görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top Trendində birinci yeri tutub. Bu isə onu deməyə əsas verir ki, milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini bildirib. "Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatıb.
 
Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular. Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər. Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar. Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.
 
Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar. Araşdırma nəticəsində müəyyən edilib ki, "Xocalıya ədalət!” kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.

ANN.Az

 
 


Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Kəbədə namaz qıldı - FOTOLAR
08:37
İlham Əliyev Kəbədə namaz qıldı - FOTOLAR
İqtidar-müxalifət dialoqu necə keçdi: tərəflər razıdır - FOTOLAR
06:09
İqtidar-müxalifət dialoqu necə keçdi: tərəflər razıdır - FOTOLAR
Zakir Həsənov ordunu döyüşə hazırlayır - FOTOLAR
Qaynari.nfo 06:09
Zakir Həsənov ordunu döyüşə hazırlayır - FOTOLAR
Asim Mollazadə:
22:53
Asim Mollazadə: "Məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biridir"
İlham Əliyev Bakı Ağ Şəhər bulvarında - FOTOLAR
20:50
İlham Əliyev Bakı Ağ Şəhər bulvarında - FOTOLAR
Xocalı soyqırımı mövzusu “Twitter”də birinci olub - FOTO
22:32
Xocalı soyqırımı mövzusu “Twitter”də birinci olub - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol