• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

AzərTAc-ın yaranmasından 95 il ötür

AzərTAc-ın yaranmasından 95 il ötür
01.03.2015 10:00
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) yaranmasından 95 il ötür.

1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulmuş ilk milli xəbər agentliyi mürəkkəb və şərəfli yol keçib. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.

AzərTAc bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 30 mindən artıq xəbər, 80 mindən çox foto, 800-dən artıq videoxəbər, 30-dən çox infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AzərTAc-ın informasiyalarından istifadə edir. AzərTAc regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir.

Qlobal informasiya məkanında özünəməxsus yer və mövqe tutan AzərTAc 2004-cü ildən dünyanın nüfuzlu informasiya agentliklərini özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvüdür və hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların sayına görə liderdir.

2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil olan AzərTAc, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir.

2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edən AzərTAc hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində eyni missiyanı həyata keçirir.

AzərTAc 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Yaxın günlərdə daha bir neçə ölkənin informasiya agentlikləri ilə müqavilələr imzalanacaq.

2008-ci ilin sentyabrında AzərTAc OANA-nın İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclasına ev sahibliyi edib. İlk dəfə olaraq, Avropa və Asiyanın 20-dən çox ölkəsinin informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycan paytaxtına toplaşmışdı. Bilavasitə milli agentliyin təşəbbüsü ilə OANA-nın və EANA-nın rəhbərliyi ilk dəfə bu iclasda bir araya gəlmişdi.

2013-cü ilin sentyabr ayında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında AzərTAc-ın Baş direktoru qurumun vitse-prezidenti və dalbadal üçüncü dəfə Büro üzvü seçilib. Həmçinin OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma milli agentliyin sədrliyi barədə qərar qəbul olunub.

2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, Associated Press, Reuters, Frans Press, EFE, SKY News Arabia, Los-Angeles Times, Guardian, BBC kimi media nəhənglərinin, məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən Xəbər Agentliklərinin IV Konqresində AzərTAc daha bir uğura imza atıb. Konqresin qərarına əsasən Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bununla da 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə sədrlik AzərTAc-a keçəcək.

Xarici ölkələrdəki müxbir şəbəkəsi, beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənən AzərTAc-ın bu gün 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

95 illik yubiley ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla agentliyin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb. Dövlətimizin başçısının digər sərəncamları iləagentliyin iki əməkdaşına "Əməkdar jurnalist”, üç əməkdaşına "Əməkdar mədəniyyət işçisi”, bir əməkdaşına "Əməkdar mühəndis” adı verilib, yeddi əməkdaşı isə "Tərəqqi” medalı ilə təltif edilib.

AzərTAc-ın perspektivləri cəlbedicidir. Hazırda agentlik üçün orijinal layihə əsasında müasir tələblərə uyğun bina inşa edilir. Agentlik yaxın vaxtlarda öz fəaliyyətini ən son texnoloji avadanlıqla təchiz olunması nəzərdə tutulan yeni binada davam etdirərək yeni hədəflərə doğru daha qətiyyətlə irəliləyəcək.
 
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakıda yağıntı intensivləşəcək
Cəmiyyət 14:13
Sabah Bakıda yağıntı intensivləşəcək
Yaxın Şərqdən Azərbaycana gələn turistlərin sayı 11 ayda 11,7% artıb
Cəmiyyət 14:06
Yaxın Şərqdən Azərbaycana gələn turistlərin sayı 11 ayda 11,7% artıb
İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib
Cəmiyyət 13:35
İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib
Sabah sulu qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:32
Sabah sulu qar yağacaq - PROQNOZ
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 12:25
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:58
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:56
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
Cəmiyyət 09:30
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol