• $
  • £

Ərdoğan Avstriyanın “İslam haqqında” qanununu sərt tənqid edib

Ərdoğan Avstriyanın “İslam haqqında” qanununu sərt tənqid edib
29.05.2020 01:40
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Avstriya parlamentinin qəbul etdiyi "İslam haqqında” qanunun Aİ-nin hüquq normalarına zidd olduğunu bildirərək onu sərt tənqid atəşinə tutub.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Avstriya parlamentinin  qəbul etdiyi  "İslam haqqında” yenilənmiş qanun ölkədəki müsəlman təşkilatlarının xaricdən maliyyələşdirilməsini qadağan edir. 


Yeni qanun, həmçinin, ölkədəki məscidlərin imamlarının bir il ərzində Avstriya diplomu almasını tələb edir. Qeyd edək ki, Avstriyadakı əsas müsəlman təşkilatları qeyd olunan qanunu dəstəkləyib. Yalnız Avstriya Türklərinin Birliyi (ATIB) və Müsəlman Gənclərinin Təşkilatı (MJOE) yeni qanunla əlaqədar Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini bildiriblər. Türkiyə dini məsələlər idarəsinin rəhbəri Mehmet Görməz də qanunu şiddətli tənqid atəçinə tutub.

 
"Siz bir tərəfdən Aİ –nin hüquq normalarından danışırsınız, digər tərəfdən isə bu normalara tamamilə zidd addımlar atırsınız”, deyə Ərdoğan qanunu şərh edərkən qeyd edib.  
 
 
Ərdoğan Qərbdə İslama qarşı geniş vüsət almış yanlış fikirlərə və islamofobiyaya dair bir neçə misal gətirib və bu tip mövhumata son qoymağın zəruriliyini qeyd edib.   

 
Qeyd edək ki, hazırda Avstriyada 500 minədək müsəlman yaşayır. 
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol