• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Putinin azərbaycanlı müəllimi öldü

Putinin azərbaycanlı müəllimi öldü
02.03.2015 16:17
Moskvada tanınmış azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov dünyasını dəyişib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov ömrünün 92-ci ilində vəfat edib.
 
Akademiklə vida mərasimi Rusiya paytaxtında keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Rusiyanın görkəmli elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. 1942-ci ildə Bakıda hərbi məktəbi bitirdikdən sonra Böyük Vətən Müharibəsində yollanıb. 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub.
 
Akademik Cahangir Kərimov hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. O, 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.
 
Onu da qeyd edək ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.

ANN.Az





Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Kosmosda İŞİD təhlükəsi
Dünya 10:47
Kosmosda İŞİD təhlükəsi
WhatsApp istifadəçilərinə müjdə
Dünya 10:09
WhatsApp istifadəçilərinə müjdə
Kral 5 əsrdən sonra dəfn olundu
Dünya 09:51
Kral 5 əsrdən sonra dəfn olundu
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Dünya 09:42
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Dünya 09:29
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Prezidentin səs yazısı yayıldı:
Dünya 08:58
Prezidentin səs yazısı yayıldı: "Onlarda pul sel kimidir"
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Dünya 06:38
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol