• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Fuad Muradov səfir oldu

Fuad Muradov səfir oldu
02.03.2015 17:08
Milli Məclisin deputatı, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov BMT-nin Baş Assambleyasının "Ümumdünya QHT-lər Günü” Proqramı tərəfindən xoşməramlı səfir elan olunub.

"Qafqazinfo” xəbər verir ki, beynəlxalq QHT sektorundakı uğurlu fəaliyyəti və fəal mövqeyinə görə deputata bu ad verilib.  Millət vəkili Fuad Muradov bununla bağlı bildirib ki, artıq dövlətlər, beynəlxalq institutlar QHT- lərin fəaliyyətini tanıyır və onlarla əməkdaşlığa üstünlük verirlər. "Bu böyük ideyaların reallaşması üçün əhəmiyyətlidir. Ümumi bir məkan yaratmaq, çətinliklərin öhdəsindən gəlmək üçün ideyalar mübadiləsinə ehtiyac vardır. Ümid edirəm ki, Ümumdunya QHT- lər günü xüsusi bir platformun yaranmasına səbəb olacaq və yeni təbdirlər üçün məhsuldar nəticələr əldə olunacaq."

Qeyd edək ki,  27 fevral BMT tərəfindən "Ümundunya QHT- lər günü” kimi qeyd olunur. Bu təşəbbüsə 4 il bundan əvvəl imza atılıb. İdeyanın məqsədi QHT- ləri bir yerə toplamaq və gələcəkdə imkanları genişləndirməkdir.

"UN Women Canada” prezidenti Almas Jivani,BMT-nin UNOPS layihələri üzrə icraçı direktor Jan Mattsson, Yeni Zelandiyanın keçmiş baş naziri və UNDP üzrə nümayəndəsi Helen Clark, UNESCO- nun beynəlxalq əlaqələr və ictimatiyyətlə əlaqələr departament direktorunun muavini Eric Falt və. s şəxslər xoşməramlı səfir elan edilib.

«Böyük İpək Yolu” BGİ 2012-ci ildə tarixi  ipək yolu üzərində yerləşən 27 ölkənin gəncələri tərəfindən Bakıda təsis olunub. Təşkilatın məqsədi qədim ticarət yolu üzərində yerləşən dövlətlərdə yaşayan gənclərin humanitar və mədəni müstəvidə əməkdaşlıq platformasını yaratmaqdır.    

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakıda yağıntı intensivləşəcək
Cəmiyyət 14:13
Sabah Bakıda yağıntı intensivləşəcək
Yaxın Şərqdən Azərbaycana gələn turistlərin sayı 11 ayda 11,7% artıb
Cəmiyyət 14:06
Yaxın Şərqdən Azərbaycana gələn turistlərin sayı 11 ayda 11,7% artıb
İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib
Cəmiyyət 13:35
İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib
Sabah sulu qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:32
Sabah sulu qar yağacaq - PROQNOZ
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 12:25
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:58
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:56
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
Cəmiyyət 09:30
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol