• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanlı polkovnikin adı Nemtsovun qətlində

Azərbaycanlı polkovnikin adı Nemtsovun qətlində
03.03.2015 11:33
Müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı şox effekt yaradacaq məlumatlar yayılıb. İlk öncə qeyd edək ki, Nemtsovun ölümünü araşdıran istintaq briqadası bütün diqqəti Ukraynaya yönəldib.

Müstəntiqlər ibtidai araşdırmadan sonra Nemtsovun Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülməsi versiyasını istisna etməyiblər. Onlar cinayətin təşkilatçıları kimi "Donetsk və Luqansk Xalq Respublikaları”na qarşı vuruşan "Cohar Dudayev” batalyonunun olduğu hesab edilir.

Hüquq mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, Nemtsovun qətlinin təşkilatçıları, adı Rusiya prezidenti Vladimir Putinə sui-qəsd təşkil etmək işində hallanan Adəm Osmaev və onun yoldaşı Əminə Okuyevadır.

Ukrayna xüsusi xidmət orqanlarının planına əsasən müxalifətçinin qətlə yetirilməsi Rusiya rəhbərliyində çaxnaşma, ölkə daxilində isə gərginlik yaratmaq məqdəsi daşıyır.

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın hakimiyyətyönlü "İzvestiya” qəzeti xəbər yayıb. "İzvestiya” qəzeti Nemtsovun qətli ilə bağlı yaydığı məlumatda azərbaycanlı hərbçinin adını hallandırıb. Qeyd edilib ki, Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən batalyonun qərargah rəhbərindən biri Azərbaycanın sabiq müdafiə nazirinin müavini, polkovnik İsa Sadıqovdur (1993-1995).

Qeyd edək ki, İsa Sadıqov Azərbaycanda axtarışa verilib və son illər Norveçdə yaşayır. Batalyonun komandiri isə məşhur səhra komandiri İsa Muniyevdir. O, bu ilin fevral ayında Debaltsevoda gedən döyüşlərdə öldürülüb. İsa Muniyev Ukraynaya Danimarkadan gəlib.

Qeyd edək ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar.

Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib. Qatillərin tutulması ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb. Hadisə ilə bağlı Prezident Vladimir Putinə dərhal məruzə olunub. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Vladimir Putin qətli sifariş və təxribat xarakteri daşıdığını bildirib.

Prezident B.Nemtsovun qətli ilə bağlı istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətə götürməyi tapşırıb”. Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildiyini diqqətə çatdırıb.

Y.Alekseyeva jurnalistlərə bildirib ki, naməlum şəxslər ağ rəngli avtomobildən B.Nemtsova bir neçə dəfə atəş açıblar və o, hadisə yerində keçinib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol