• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ərdoğan: "Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri bu il görüşəcəklər" - Fotolar

Ərdoğan:
03.03.2015 23:36
"Mövcud olan üçtərəfli mexanizmi liderlər səviyyəsinə çıxarmaq qərarına gəlmişik"

Bu il Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ötən il Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli format təşkil olunub: "Nazirlər görüşərək bir sıra məsələləri, o cümlədən əməkdaşlıq layihələrini müzakirə edirlər. Bu mexanizmi liderlər səviyyəsinə çıxarmaq qərarına gəlmişik və bu il Türkmənistanda ilk toplantımızı keçirəcəyik".

R. T. Ərdoğan üç ölkə arasında  nəqliyyat və enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib: "Orta Asiyanın Xəzər dənizi vasitəsilə dünya bazarına çıxması baxımından Türkmənistan vacib mövqeyə malikdir. Görüşümüzdə Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa bazarına daşınması barədə fikir mübadiləsi apardıq. Bu sahədə başda Azərbaycan olmaqla, digər bölgə ölkələri ilə dialoq və əməkdaşlıq qururuq”.

Xatırladaq ki, Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə arasında bır sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

ANN.Az
 




Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Kəbədə namaz qıldı - FOTOLAR
08:37
İlham Əliyev Kəbədə namaz qıldı - FOTOLAR
Zakir Həsənovun kralla görüşündən FOTOLAR
06:22
Zakir Həsənovun kralla görüşündən FOTOLAR
Prezident ailəsi ilə Fəxri xiyabanda - FOTOLAR
06:22
Prezident ailəsi ilə Fəxri xiyabanda - FOTOLAR
Ermənilər Ağdamın kəndlərini qumbaraatandan atəşə tutdular
06:20
Ermənilər Ağdamın kəndlərini qumbaraatandan atəşə tutdular
İqtidar-müxalifət dialoqu necə keçdi: tərəflər razıdır - FOTOLAR
06:09
İqtidar-müxalifət dialoqu necə keçdi: tərəflər razıdır - FOTOLAR
Zakir Həsənov ordunu döyüşə hazırlayır - FOTOLAR
Qaynari.nfo 06:09
Zakir Həsənov ordunu döyüşə hazırlayır - FOTOLAR
Könüllü təslim olan erməni əsgəri:
Qaynari.nfo 06:01
Könüllü təslim olan erməni əsgəri: "Komandir məni mütəmadi döyürdü" - Fotolar
Asim Mollazadə:
22:53
Asim Mollazadə: "Məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biridir"
İlham Əliyev yeni polis maşınları ilə tanış oldu - FOTOLAR
21:44
İlham Əliyev yeni polis maşınları ilə tanış oldu - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol