Azərbaycanlının Putinə müraciəti
"Çeçenlər mənim çiynimi və dizlərimi burublar və buna görə mən əllərimi tam qaldıra bilmirəm”.
Yekatirinburq sakini Rəfail Zeynalov Rusiyanın prezidenti Vladimir Putinə rəsmi məktub ünvanlayıb. O, məktubunda, prezidentdən onun rus vətəndaşlığından çıxarmasını və ölkədən getməsinə şərait yaradılmasını xahiş edib.
ANN.Az internet qəzeti olan "Znak”-a istinadən məktubu dərc edir:
"Mən anladım ki, hər şey əbəsdir və heç bir kömək gözləməyə dəyməz. Hər şey kar səssizliyə bürünüb. Ölkəni tərk etmək mənə ağırdır, çünki mənim uşaqlarım, nəvələrim buradadır, amma başqa çarəm də qalmayıb. Söz verirəm ki, tərk etdiyim ölkə və onun hakimiyyəti haqqında heç nə danışmayacam. Qəlbimdə olanlar, elə qəlbimdə də qalacaq”, - deyə Zeynalov yazır.
2010-cu ildə başına gələn bir hadisə səbəbinə görə Azərbaycandan doğulmuş Zeynalov haqqında son dərəcə kəskin tədbirlər alınıb. Zeynalov 15 il "Malışevski”də qapalı mədən qrupunda işləyib. Bunun nəticəsi olaraq, Zeynalov dövlət sirrinin yayılmaması və "ölkədən çıxmamaq” haqqında sənədə imza atıb: "Çeçenistanın Daxili İşlər İdarəsindən mənə məktub gəldi ki, istintaq idarəsinə gəlim. Məktubun rəsmi, imzalı, möhürlü olması məni getməyə məcbur etdi”.
Qroznıya gəlib çıxandan sonra məlum oldu ki, onu 13 maşının oğurlanmasına günahlandırırlar. Maşınlardan biri Zeynalovun köhnə xarici markalı maşını idi. Zeynalov onu bir neçə il əvvəl Qroznı sakininə satmışdı.
Təhqiqatçılar Zeynalova bildirib ki, maşınların hamısında nömrələr açılıb. İlkin dindirmədən sonra Zeynalovu kameraya salıblar və o, iki ilini burada keçirib: "Onlar məni məcbur etdilər: "İmzala, imzala, imzala” - deyirdilər. Məni təkcə öz maşınımla bağlı yox, digər 12 maşınla bağlı da imza atmağa məcbur edirdilər. Mən imza atmadım və buna görə onlar mənim çiyinlərimi və dizlərimi burub sındırdılar. Mən hələ də əllərimi tam aça bilmirəm”
Zeynalovun azad olunması, onun həbs olunması qədər gözlənilməz olub. İstintaq təcridxanasında saxlanılmış keçmiş məhbusun sözlərinə görə, RF-nın İstintaq Komitəsinin baş müstəntiqi olan Aleksandır Bastırkinin gəlməsi səbəbindən onlar "bir balaca qorxublar”. Bunun nəticəsində Zeynalov dərhal istintaq təcridxanasından azad olunaraq Qroznu vağzalına gətirilib. Moskvaya çatan kimi o, özünə vəkil taparaq birbaşa Çeçenistana gəlib. Onun məqsədi həqiqətin tapılması və ədalətin bərpa olunması olub. Amma Çeçenistana gəldikdən sonra onu "birinci dəfədir gördüklərini” deyiblər.
Asbest Sverdlovski torpağında olan və 45 mağazaya satış edən çörək mağazasına və çörək daşıyan 8 maşınının yerləşdiyi maşın dayanacağına baş çəkdikdə sonra məlum olub ki, onun biznesi süqut etmək üzrədir.
"Məni vergilərlə və maaşlarla borcun içinə saldılar. Mən borclarımı ödəmək üçün bütün biznesimi 3 millyon 800 min rubla satmalı oldum. Artıq mənim dövlətə heç bir borcum yoxdur” - deyə Zeynalov yazıb.
Bu hadisələrdən son dərəcə ağır sarsıntı keçirdən Zeynalov, RF –nın prezidenti Vladimir Putinə və Baş Prakuror Yuriy Çaykeyə məktub yazaraq ədalətin bərpa olunması və onun reabilitasiyasına şərait yaradılmasını xahiş edib. Onun sözlərinə görə, 14 dəfə müraciət etdikdən sonra prezident administirasiyasından məktub gəldi. Orada bildirilirdi ki, onun işi Ural Federal Ərazisinə, İqor Xolmanskiyə göndərilib. Amma bundan sonra heç bir səs-səmir çıxmayıb.
İndi Zeynalov Rusiya prezidentinə müraciət edir. Bu dəfə, o xahiş edir ki, "Malşinevski” mədənində çalışdığı üçün "ölkədən çıxmamaq” haqqında imza etdiyi sənəd və vətəndaşlığı ləğv olunsun. O, Kanadada yaşayan qohumlarının və yaxınlarının yanına köçmək istəyir.
"Znak.com” saytının verdiyi məlumata görə, bir neçə gün bundan öncə Baş Prokuror Çaykinin qəbul otağından Zeynalova zəng gəlib və onu 3 apreldə görüşə çağırıblar.
ANN.Az