• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Putin Nemtsovun qətlindən danışdı

Putin Nemtsovun qətlindən danışdı
04.03.2015 15:49
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyindən cinayətlərin açılması səviyyəsinin yüksəltməyi tələb edib.

ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxış edən dövlət başçısı deyib ki, 2015-ci ildə bütün əsas istiqamətlər üzrə işi gücləndirmək, hər şeydən əvvəl həm yeni, həm də keçən illərdə bağlı qalan cinayət işlərinin açılması səviyyəsini yüksəltmək lazımdır.

Onun sözlərinə görə, burada mühüm olan koordinal əlaqədir. Daxili İşlər Nazirliyi və bütün hüquq-mühafizə orqanları işini yeni keyfiyyətdə görməlidir.

V.Putin əsas diqqəti siyasi səbəblərə görə törədilən cinayətlərə yönəldib: "Rusiyanı belə faciələrdən qurtarmaq lazımdır. Biz bu yaxınlarda sizinlə bunu yaşadıq və gördük. Mən paytaxtın düz mərkəzində Boris Nemtsovun qətlini nəzərdə tuturam. Əsas diqqəti rezonans doğuran, siyəsi məqsədlərə görə baş verən cinayətlərin açılmasına ayırmaq lazımdır."

Rusiya prezidenti Daxili İşlər Nazirliyini ölkənin Konstitusiya əsaslarını hədəf seçən, zərbə vuran ekstremistlərin hazırladıqları aksiyalara dərhal reaksiya verməyə çağırıb: "Ekstremistlərin hazırladığı aksiyalar haqqında istənilən siqnallara anında reaksiya vermək, uyğun olan profilaktik işi görmək əhəmiyyətlidir."

Xatırladaq ki, kollegiya iclası "Rusiya 24" telekanalı ilə birbaşa yayımlanıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol