• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

"Cəbhədə baş verənlər girovların qaytarılması prosesinə təsir edəcək" - Ekspert

06.03.2015 13:08

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair” qətnamə layihəsini AŞPA-nın gündəliyinə daxil edilib.

Bu qətnamə AŞPA-da qəbul olunacaqmı? Qərar qəbul olunarsa, bu, Kəlbəcər girovlarının azad olunması prosesinə necə təsir edəcək? Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla Rusiya hökuməti niyə yaxından maraqlanmır? Cəbhədə baş verən hadisələr, yəni erməni kəşfiyyat qruplarının tez-tez təmas xəttində təxribat törətmələri girovların qaytarılmasına əngəl törədirmi? Bu sualları cavablandırmaq üçün hərbi ekspert Üzeyir Cəfərova müarciət etdik.

Məsələ ilə əlaqədar Üzeyir Cəfərov ANN.Az-a açıqlamasında bildirdi ki, beynəlxalq təşkilatlar Kəlbəcər girovlarının qaytarılması məsələsinə hörmətlə yanaşmır: "Buna görə də Elxan Süleymanov bu məsələni AŞPA-da qaldırıb və bu məsələ səs çoxluğu ilə AŞPA-da gündəliyə salınıb. Bu məsələnin müzakirə prespektivini  o qədər də yüksək qiymətləndirmirəm. Ona görə ki, Azərbaycana qarşı beynəlxalq təşkilatların ədalətsiz mövqeyi həmişə olub. Qəbul olunsa belə, düşünmürəm ki, bu qətnamə hansısa təsirə malik olsun. Çünki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi böyük bir qurum 4 qətnamə qəbul edib həyata keçirə bilməyibsə, AŞPA-nın qəbul etdiyi qərar da bu cür qarşılanacaq. AŞPA bu məsələni müzakirə etmək əvəzinə, Ermənistanı ən sərt şəkildə cəzalandırmalıdır ki, sən hansı haqla Azərbaycan ərazisini işğal etmisən və onun vətəndaşlarını öz ərazisində öldürüb qalanlarını da girov götürürsən. Çünki Həsən Həsənovu onlar işgəncə ilə öldürüblər. Digərlərini isə, Dilqəm Əsgərov və Şahbaz Quliyevi hal-hazırda girov saxlayırlar.AŞPA-da girovlarla bağlı qətnamənin  gündəliyə salınmasına baxmayaraq, oradakı ermənilərin havadarları və xristian tərəfdarları bu qətnamə layihəsinin qəbul olunmasına mane olacaqlar.  Buna görə də Azərbaycan Ermənistana qarşı güc tətbiqini daha da artırmalı, ən sərt addımlar atmalıdır. Bundan sonra bəlkə erməni mənfurları etdikləri günahı boyunlarına alarlar. Ən azından ermənilər öz sabahlarını fikirləşməlidirlər ki, gec-tez Azərbaycan öz torpaqlarını geri alacaq”.
 
Rusiya vətəndaşı olan Dilqəm Əsgərova Rusiya hökumətinin laqeyd münasibətindən söz açan ekspert bildirdi ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı səsləndirdiyi fikrin arxasında durmayıb: "O, bu məsələ barəsində heç bir addım atmadı. Moskvadan İrəvana  bir telefon zəngi bəs idi ki, girovlardan ən azından biri azad olsun. Amma çox təəssüflər ki, bu addım atılmadı”. 
 
Üzeyir bəy ermənilərin cəbhədə törətdikləri təxribatların girovların qaytarılması prosesinə təsirindən də danışdı: "Keçən həftə cəbhədə iki erməni hərbiçisi, biri zabit, digəri isə müddətdən artıq hərbi qulluqçu məhv edilib. Bununla əlaqədar Ermənistan Müdafiə Naziri Seyran Ohanyan bildirib ki, biz bunun qisasını çıxacağıq. Buna baxmayaraq, bizim ordumuz belə təhdidlərdən heç vaxt qorxmayıb və qorxmayacaq da. Düşünürəm ki, danışıqlar prosesinə cəbhədə baş verən hadisələr girovların qaytarılması prosesinə təsir edəcək”.
 
Orxan Aslanlı
 
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Politoloq: “Qarabağda müharibə ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ
22:06
Politoloq: “Qarabağda müharibə ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ
“İŞİD-in Qafqaza girmək ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ
20:31
“İŞİD-in Qafqaza girmək ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ
15:05
"Putinin hakimiyyətdən kənarlaşdırılması, tənəzzül prosesini sürətləndirəcək" - Zərdüşt Əlizadə
İsrailin islam dünyasındakı ən yaxın müttəfiqi  - «The Huffington Post»
16:04
İsrailin islam dünyasındakı ən yaxın müttəfiqi - «The Huffington Post»
13:08
"Cəbhədə baş verənlər girovların qaytarılması prosesinə təsir edəcək" - Ekspert
Separatçı NADAN - Köşə
11:05
Separatçı NADAN - Köşə
Riçard Hoqland:
19:55
Riçard Hoqland: "İndi düzgün seçim etməyin əsl zamanıdır"
ROLL CALL: Amerika Dini Azadlıqlar Komissiyası Azərbaycandan nə istəyir?
10:10
ROLL CALL: Amerika Dini Azadlıqlar Komissiyası Azərbaycandan nə istəyir?
ABŞ-ın pulları hara gedir? - Ceyhun Mollazadə
20:14
ABŞ-ın pulları hara gedir? - Ceyhun Mollazadə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol