• $
  • £

Kimlərə töhmət verilib? - Hesabat

Kimlərə töhmət verilib? - Hesabat
06.03.2015 13:19
Vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib.

 Onlardan 8-i ədliyyə orqanlarından xaric edilib, eləcə də 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilib, 22-si tutduğu vəzifədən azad olunub, 12-nə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib, 14-nə şiddətli töhmət, 10-na töhmət və 2-nə irad tutulub. 

"Qafqazinfo” xəbər verir ki, bu sözləri İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu gün Milli Məclisdə 2014-cü il üzrə illik hesabatını təqdim edərkən bildirib:

"Ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçilik hallarına yol verilməsi, vətəndaşların incidilməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərməklə yanaşı, vətəndaşların konstitusiya ilə müəyyən edilən hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnu pozur. Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb. Bu da məhkəmə qərarına müvafiq olaraq tələbkar qismində çıxış edən vətəndaşların hüquqlarının pozulması ilə nəticələnib", - hesabat sənədində bildirilib.

Həmçinin alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olub. Alimentin borclu tərəfindən vaxtaşırı ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud da ödənişin yubadılması üzrə şikayətlər daha çox olub.

Sənəddə qeyd olunub ki, boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq "Aliment Fondu"nun yaradılması (alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi mexanizminin hazırlanıb tətbiq edilməsi) zəruridir. 

Həmçinin Müvəqqəti saxlama yerlərində (MSY) intizam qaydalarını pozduğuna görə 77 polis əməkdaşı cəzalandırılıb. Onlardan 8 nəfəri daxili işlər orqanlarından xaric edilib, 2-si isə tutduğu vəzifəsindən azad edilib. 67 nəfər barəsində digər inrizam tədbirləri görülüb. 2014-cü il ərzində müvəqqəti saxlama yerlərində 237, istintaq təcridxanalarında və cəzaçəkmə müəssələrində 1030, bundan əlavə oalraq şəxslərin təkidi və müraciəti əsasında isə 250-dək saxlanılan şəxslərlə görüş keçirilib. MSY-də nöqsanlara yol verdiyinə görə ,Nizami RPİ və Sumqayıt ŞPİ MYS-lərinin rəisləri, Sumqayıt ŞPİ-nin 1-ci və 3-cü polis bölməsinin, Sabunçu RPİ-nin 14-cü RB-nin, Kürdəmir RPİ, Samux RPİ-nin məsul şəxslərinə xəbərdarlıq edilib və töhmət verilib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Qaynari.nfo 03:50
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Azərbaycan Ordusu 3 şəhid verib
Qaynari.nfo 19:43
Azərbaycan Ordusu 3 şəhid verib
​Avropa Parlamenti qondarma
Qaynari.nfo 10:13
​Avropa Parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdi
Söyün Sadıxov
Qaynari.nfo 10:16
Söyün Sadıxov "Azərros"un yeni prezidenti seçilib
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 12:55
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 19:58
"AzərRos" prezident İlham Əliyevə müraciət ünvanladı
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
Qaynari.nfo 13:58
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Qaynari.nfo 09:00
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Azərbaycanlılar aksiya keçirdi
Qaynari.nfo 12:38
Azərbaycanlılar aksiya keçirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol