• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Futbolçuların maaş qadağası rəsmiləşdi

Futbolçuların maaş qadağası rəsmiləşdi
06.03.2015 21:08
"İcraiyyə Komitəsinin iclası ağır keçdi. Mühüm qərarlar qəbul edildi. Böyük fikir ayrılığına səbəb məsələ 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı oldu. Klublar Komitəsi və Məşqçilər Komitəsinin tövsiyələrini nəzərə alaraq qərar qəbul etdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransında deyib.

AFFA prezidenti 21 və 23 yaşlı futbolçuların müəyyən edilmiş məbləğdən artıq gəlir əldə edəcəkləri təqdirdə cəzalandırılacaqlarını bildirib: "21 və 23 yaşlı futbolçuların maaşlarına hədd qoymaq qərarı verdik. 21 yaşlı futbolçular 30 min manat, 23 yaşlılar isə 50 min manatdan artıq illik gəlir əldə edə bilməz. Əgər bu baş versə, futbolçu bir illik cəzalanacaq, klubun isə xalı silinəcək".

Premyer Liqa oyunlarının yayım məsələsinə də toxunan R.Abdullayev deyib: "Artıq gələn mövsüm çempionat oyunlarının yayımlanması üçün tender keçiriləcək. Tenderin qalibi teleyayım hüququna yiyələnəcək. Yayımdan əldə olunan gəlir klublar arasında eyni bölünəcək. Klubların reytinqi də nəzərə alınacaq. Maliyyənin müəyyən hissəsi PFL-də saxlanılacaq".

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol