• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bakıda “Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi” konfrans

Bakıda “Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi” konfrans
06.03.2015 15:39
6 mart 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT – in Əhali Fondu, UNİCEF, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə "Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi” Yekun Konfransı təşkil olunub. 

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin gənclərlə iş üzrə şöbəsinin müdiri İndira Hacıyeva, BMT-in Azərbaycandakı Rezident əlaqələndiricisi və BMT-in İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk, Azərbaycan Respublikasın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şikaladze, BMT-in İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nato Alhazişvili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və dövlət qurumlarının və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir zamanı mövzu üzrə rəsmilərin çıxışları və təqdimatların dinlənilib, Azərbaycanda 2 il ərzində həyata keçirilən milli məsləhətləşmələrin nəticələri nəzərdən keçirilib, gənclər təşkilatları və fəal gənclərlə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə bildirib ki, tədbir BMT-nin "Post-2015 İnkişaf Gündəliyi”, dayanıqlı inkişaf məqsədlərinin təqdim olunması, Azərbaycanın yeni inkişaf gündəliyindəki prioritetlərin və problemlərin müzakirə edilməsi məqsədilə təşkil olunub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək bildirib ki, Azərbaycan sürətli inkişaf edir və bir çox sahələrdə uğurlu nəticələr əldə edib: "Artıq yeni mərhələ başlayır və bu mərhələdə gənclərin rolu böyükdür”. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxışında bildirib ki, "Azərbaycanda ilk dəfədir ki, uzunmüddətli gənclərin inkişaf strategiyası qəbul edilir. Strategiya göstərir ki, Azərbaycan gəncliyinin inkişafı da daxil olmaqla, hər bir şey təhlilə əsaslanmalıdır. Strategiyada gənclərin iştirakına xüsusi önəm veriləcək, davamlı qiymətləndirilmə aparılacaq.”

Xatırladaq ki, BMT-in İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələr 2014-cü ilin iyul – avqust aylarını əhatə edib. Milli Məsləhətləşmələr çərçivəsində Bakı, Gəncə və Quba şəhərlərində QHT-lər, hökumət qurumları, mətbuat orqanlarının nümayəndələri və fəal gənclərdən ibarət 100-ə yaxın gəncin iştirakı ilə məsləhətləşmələr keçirilib. Tədbirlərdə iştirakçılar tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa məsələlər müzakirə olunmuş və ortaya çıxan problemlərin həllinə dair təkliflər verilib. Milli Məsləhətləşmələr çərçivəsində toplanan fikirlər və layihənin video və təsviri hesabatı Birləşmiş Millətlər Təşkilatının Baş ofisinə təqdim olunub. Bunun nəticəsində həyata keçirilən fəaliyyət və nəticələri BMT-nin İnkişaf Proqramının yekun hesabatında öz əksini tapıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah sulu qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:32
Sabah sulu qar yağacaq - PROQNOZ
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 12:25
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:58
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:56
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
Cəmiyyət 09:30
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Cəmiyyət 00:18
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Cəmiyyət 22:54
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Cəmiyyət 20:35
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol