• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Sürücülərə şad xəbər - Fotolar

Sürücülərə şad xəbər - Fotolar
29.05.2020 08:43
Heydər Əliyev prospektində nəqliyyatın sıxlığının aradan qaldırılması üçün yolun genişləndirilməsi işləri həyata keçirilib.

Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev deyib.
 
"Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində gələrkən Heydər Əliyev mərkəzinin qarşısından köməkçi yoldan əsas yola keçərkən yaranan sıxlığın aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirilib. Heydər Əliyev mərkəzinin qarşısından "Bazarstore" qovşağına qədər olan 200 metrlik hissədə yol 4,5 metr genişləndirilib. Artıq yolun asfalt-beton örtüyü vurulub, üfüqi nişanlanma xətləri rənglənib və beləliklə də həmin yolda zolaq sayı artırılıb”, - deyə P. Mürsəliyev bildirib.
 
Bundan başqa qurum rəsmisi bildirib ki, Xətai prospektindən hərəkət edən nəqliyyat vasitələrinin "Bazarstore" qovşağından Heydər Əliyev prospektinə keçərkən görüntü məhdud olduğundan manevr imkanları normal deyildi: "Manevr imkanlarını artırmaq üçün bir az qarşı tərəfdə, görüntünün daha yaxşı olduğu ərazidə 25 metr enində olan ayrıcı yolu sökülüb və əsas yoldan köməkçi yola keçmək üçün yer düzəldilib. Bundan sonra Xətai prospektindən hərəkət edən nəqliyyat vasitələrinin "Bazarstore" qovşağından düşən kimi, köməkçi yola keçməsinə ehtiyac olmayacaq. Belə ki, onlar bir az qabağa gedərək orada olan ayrıcı zolaq vasitəsilə əsas yoldan köməkçi yola keçə biləcəklər. Bu da həmin ərazidəki sıxlığın aradan qalxmasına yardımçı olacaq".

ANN.Az
 




 



Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
09:26
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
Dəmir yolu vağzalı yenilənir - Fotolar
08:53
Dəmir yolu vağzalı yenilənir - Fotolar
Sürücülərə şad xəbər - Fotolar
08:43
Sürücülərə şad xəbər - Fotolar
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
08:40
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
Bakıda fantastik qiymətə yolka - FOTOLAR
06:12
Bakıda fantastik qiymətə yolka - FOTOLAR
Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar
06:12
Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar
Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar
06:10
Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar
Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır
06:10
Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır
İlham Əliyev yeni metro qatarları ilə tanış oldu - Video+Fotolar
Qaynari.nfo 06:10
İlham Əliyev yeni metro qatarları ilə tanış oldu - Video+Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol