Kerrinin Misir səfərinin məqsədi açıqlandı
ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Jen Psaki mətbuat konfransında ölkənin xarici siyatəyinə rəhbərlik edən Con Kerrinin martın 12-də Misirin Şarm el-Şeyx şəhərində təşkil olunan Misir İqtisadi İnkişaf Konfransına qatılacağını deyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kerri burada Misir prezidenti Abdulfettah es-Sisi və digər yüksək səviyyəli şəxslərlə koalisiya güclərinin İŞİD-ə qarşı mübarizə məsələlərini, Liviyadakı siyasi vəziyyəti və Suriyada davam edən böhranı müzakirə edəcək. Psaki bildirib: "Misir xalqının istəklərinin gerçəkləşməsinə yardım etmək üçün Misir hökuməti ilə birgə əməkdaşlıq etməyi davam etdiririk".
Psakinin sözlərinə görə, Misir səfərindən sonra Kerri martın 15-də İsveçrədə "P5+1" ölkələri ilə görüş çərçivəsində İranın xarici işlər naziri Cevad Zəriflə görüşəcək.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox