• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Nazir olimpiya stadionunun çökməsi məsələsinə aydınlıq gətirdi - ANN TV

Nazir olimpiya stadionunun çökməsi məsələsinə aydınlıq gətirdi - ANN TV
12.03.2015 10:45
"Olimpiya stadionunda gözәl işlәr aparılır" - bunu gənclər və idman naziri Azad Rəhimov Bakı Olimpiya stadionunun çökməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.  Nazir bildirib ki, bu cür xəbərlər Azәrbaycanda keçirilәcək Avropa oyunlarına zәrbә vurmaq üçün yayılan şayiələrdən biridir. Gənclər və idman naziri həmçinin Ermənistan idmançılarının Avropa oyunlarında iştirakı ilә bağlı suala da cavab verib.
 
Gənclər və idman naziri bu yaxınlarda bir sıra saytlarda Avropa oyunları ilə bağlı Bakıda sahibsiz itlərin öldürülməsi məsələsinə də münasibət bildirib.
Nazir Avropa Oyunları ərəfəsində Bakıda  toy və yas mərasimlərinə qoyulan qadağa  haqda da danışıb.  "Avropa oyunları zamanı həm toylara, həm də yaslara icazә olacaq. Elә özüm hәmin vaxt toya dәvәtliyәm. Belә şeylәrә uymayın".

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov bu açıqlamaları Bakı 2015 Avropa oyunları Azərbaycanın yayım şəbəkəsi AzTV ilə yayım sazişinin imzalanması mərasimində verib.

Müəllif və video operator: Aynur Məmmədova
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir olimpiya stadionunun çökməsi məsələsinə aydınlıq gətirdi - ANN TV
10:45
Nazir olimpiya stadionunun çökməsi məsələsinə aydınlıq gətirdi - ANN TV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol