Obama İrana qarşı sanksiyaların müddətini uzatdı
ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların vaxtını uzadıb. Bu barədə Ağ evin mətbuat xidməti xəbər verib.
Müvafiq məktubu dövlət başçısı konqres rəhbərliyinə yollayıb, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
"İran hakimiyyətinin müəyyən fəaliyyət və siyasəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə yaratmağa davam edir. Bu səbəbdən də 1995-ci il 15 mart tarixli sanksiyalar 2015-ci ilin 15 mart tarixindən sonra da qüvvədə qalmalıdır” - məktubun mətnində deyilir.
Daha öncə Obama konqresi nüvə proqramının saxlanılmasına dair danışıqlar getdiyi müddət ərzində İrana qarşı əlavə sanksiyaların təklif edilməsindən imtina etməyə çağırırdı.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox